Braziliyada son 3 ayda cinayətkar təşkilatlara qarşı böyük əməliyyatlar həyata keçirilib.
Medianews.az xəbər verir ki, may ayında 11 nəfərin öldürüldüyü əməliyyatdan sonra təhlükəsizlik qüvvələri dünən Rio-de-Janeyro şəhərində bir evə basqın edib.
Basqın zamanı əməliyyatda 18 nəfəri öldürüb. Məhəllə sakinləri polisin heç kimə fərq qoymadan atəş açdığını iddia edərkən, hadisəni izah edən bir qadın “İçəridə qətliam törətdilər”, – deyə bildirib.
Braziliya mətbuatının məlumatına görə, təhlükəsizlik qüvvələri Rio-de-Janeyronun şimalında “Favela” kimi tanınan məhəllədə kriminal dəstəyə qarşı əməliyyat keçirib. Səlahiyyətlilərdən verilən açıqlamada cinayət təşkilatlarına qarşı keçirilən əməliyyatda indiyədək 18 dəstə üzvünün öldürüldüyü bildirilib.
Qeyd edək ki, Braziliyanın eyni bölgəsində mayın 24-də təhlükəsizlik qüvvələrinin dəstələrə qarşı keçirdiyi əməliyyatda 11 nəfər öldürülüb. Rio-de-Janeyro Hərbi Polisinin sözçüsü İvan Blaz həyatını itirən mülki vətəndaşlar üçün təəssüfləndiyini və Rio-de-Janeyrodakı silahlı qarşıdurmaların 80 faizindən çoxunun məsuliyyətini daşıyan bu təşkilatı məhv etməyin vacib olduğunu bildirib.
Medianews.az