Meksikada yaşayan 18 yaşlı Debanhi Escobar adlı gənc qızın müəmmalı ölümü dünya mətbuatında geniş əks-səda doğurub.
Medianews.az xəbər verir ki, o, dostları ilə ziyafətdən sonra evə qayıtmaq üçün taksiyə minərkən “ölüm yolu” adlanan magistral yolda azıb.
Son fotosu magistral yolda çəkilən gənc qızın meyiti motelin su çənindən tapılıb. Eskobarın ölümü ilə bağlı üçüncü yarılma hesabatı ortaya çıxıb.
18 yaşlı hüquq tələbəsi olan Debanhi Eskobar adlı gənc qız Meksikanın Nuevo Leon şəhərində dostları ilə əyləncədən evə qayıdarkən yoxa çıxıb. Səhər saatlarında evə qayıtmaq üçün mindiyi taksidə sürücü ilə dava edən Eskobar sənaye şəhəri Monterrey yaxınlığındakı Nuevo Laredo şossesində avtomobildən düşüb. Sonuncu dəfə təhlükəsizlik kamerası görüntülərində “ölüm yolu” deyilən magistral yolda görünən Eskobarın cəsədi bölgədəki bir motelin su çəninin içərisində tapılıb.
Ölkədə səs-küy yaradan hadisə ilə bağlı hazırlanan üçüncü yarılma hesabatı digər iki hesabatda ziddiyyətli ifadələr yer aldığı üçün hər kəsi təəccübləndirib. İlk yarılma hesabatında rayonun baş həkimi əvvəlcə başından aldığı zərbədən dünyasını dəyişdiyini bildirib. İkinci hesabatda onun göldə boğularaq öldüyü bildirilib. Lakin üçüncü məhkəmə-tibbi ekspertiza rəyi zərbə və boğulma ehtimalını istisna edib. Yeni hesabatda Eskobarın cəsədinin tapılmasından 3-5 gün əvvəl öldürüldüyü məlum olub. Digər mühüm nəticə isə Eskobarın cəsədində cinsi təcavüz, zədə və ya zorlama əlamətlərinin olmaması idi.
Qızlarının qəza nəticəsində ölmədiyini və qətlin qurbanı olduğunu bildirən ailə hadisəni araşdırmaq üçün xüsusi detektiv tutub. Eyni zamanda, ailə tapıntıları tam nəticələr üçün Böyük Britaniyaya göndərdi.
Medianews.az