Ukraynalı məşhur aktrisa və teleaparıcı Ruslana Pısanka ötən gecə 57 yaşında vəfat edib.
BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, aktrisa müharibə başlayandan sonra Almaniyaya gedib və həkimlər ona ağır xəstəlik diaqnozu qoyublar.
O, filmlərdə çəkilməklə yanaşı, həm də “Ulduzlarla rəqs etmək”, “Çəkili və xoşbəxt”, “Ulduz + Ulduz” kimi layihələrdə iştirak edib.
Teleaparıcı əri, iş adamı İqor İsakovdan ayrılmışdı.