Xalq artisti Tünzalə Ağayeva illər əvvəl məşğul olduğu müəllimlik fəaliyyətindən danışıb.
Medianews.az xəbər verir ki, “Zaurla Günaydın” proqramına dəvət olunan sənətçi Tovuz rayonunda 8 il müəllim işlədiyini deyib:
“Mən qiyabi oxuya-oxuya müəllim kimi də işləyirdim. Tədbirlərdə tələbələrim qarşıma çıxır. Başqa bir hissdir, iş adamları tələbələrim olub. Onların intellektində balaca da olsa, tövhəm olduğu üçün onlar məni unutmurlar. Yaxınlaşıb, “Tünzalə müəllim” deyə müraciət etmələri isə başqa bir hissdir”.
Ətraflı videoda: