Ukraynada baş verən qətl hadisəsi ölkədə geniş əks-səda doğurub.
Medianews.az xəbər verir ki, vəkil Petr Bequn 39 yaşlı nişanlısı Olha Davydenkonu boğduğu üçün həbs edilib.
Daha sonra məlum olub ki, o, nişanlısını öldürdükdən sonra gənc qadını tikə-tikə doğrayıb, ürəyini və cinsiyyət orqanını dondurucuda saxlayıb. Dəhşətli hadisənin təfərrüatları hər kəsi şoka salıb.
Onu da qeyd edək ki, 37 yaşlı hüquqşünas Bequn 2019-cu ildə Ukraynada yayımlanan “Kor Toy” adlı evlilik verilişinə qatılaraq məşhurlaşıb. Proqramda özünü motivasiya məşqçisi kimi təqdim edən Bequn, özünü mükəmməl həyat yoldaşı kimi qələmə verib. Bequn vəhşicəsinə qətlə yetirdiyi nişanlısı ilə bu ilin əvvəlində tanış olub.
Vəkil Petr Bequn 39 yaşlı nişanlısı Olha Davydenkonu aralarında yaranan mübahisədən sonra boğub. Daha sonra meyitdən xilas olmaq istəyən Begun nişanlısının cansız bədənini parçalara ayırıb.
Qətlə yetirilən qadının çanaq sümüyü və onurğasının bir hissəsi evlərinin yaxınlığındakı gölməçədə tapılıb. Onun kəsilmiş barmaqları və ayaqları gölməçənin yanındakı tarlada zibil torbasında aşkar edilib.
Medianews.az