Çox nadir hallarda olsa da arı sancması ölümə səbəb ola bilir.
Bəs insan hansı halda arı sancmasından dünyasını dəyişə bilər? Arının zəhəri insan həyatı üçün təhlükə yarada bilərmi?
Həkimlərin sözlərinə görə, arı sancması zamanı insanın ölümünə səbəb arının zəhəri deyil. Bu zəhərin həm təsiri, həm də miqdarı azdır. Zəhərin kimyəvi tərkibi də biokimyəvi maddələrlə zəngin deyil.
Arı sancmasından ölüm yalnız o halda ola bilər ki, arı insanı ağız, baş, boyun nahiyəsində yerləşən yumşaq toxumalardan sancar. Lakin hətta belə halda da çox vaxt ölüm baş vermir.
Arı qida məhsulu ilə insanın ağız boşluğuna daxil olarsa, orada dil və ya digər yumşaq toxumaları sanca və güclü allergik reaksiya (anafilaktik şok) yarada bilər. Belə reaksiya əsasən ari və arı məhsullarına həssas olan insanlarda inkişaf edə bilər. Həmin vəziyyətdə insan ölə bilər. Digər halda arı sancması nəticəsində ölüm müşahidə olunmur.