İran cümə günü Xəzər dənizində “Davamlı Təhlükəsizlik 1401” adlı hərbi təlimə başlayıb.
Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
İran Ordusunun Hərbi Dəniz Qüvvələri komandanının müavini Həmzə Əli Kaviani bildirib ki, İran hər il Xəzər dənizində “Davamlı Təhlükəsizlik” hərbi təlimləri keçirir və qeyd edib ki, bu ilki təlimlərdə raket daşıyan gəmilər, helikopterlər və pilotsuz uçuş aparatları iştirak edir.
Onun sözlərinə görə, hər il keçirilən təlimlərin məqsədi hərbi birləşmələrin qarşılıqlı fəaliyyətini işləyib hazırlamaq və təcrübə mübadiləsi aparmaqdır.
Kaviani Xəzəri sülh və dostluq dənizi adlandırıb və qeyd edib ki, İran dünyanın ən böyük gölünün ərazisində təhlükəsizliyin pozulmasına yol verməyəcək.