Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi virusunun daha iki nəfərin ölümünə səbəb olduğunu açıqlayıb. İyunun 27-də açıqlanan son məlumatları yeniləyən ÜST, epidemiyanın yayılmasından bəri ölənlərin sayının üçə çatdığını bildirib.
Medianews.az xəbər verir ki, son epidemiyada ilk ölüm may ayında Nigeriyada qeydə alınıb. Məlumatda, həyatını itirən iki nəfərin Afrikada yaşadığı bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymun çiçəyi virusu 9 yeni ölkə və regionda aşkar edilib. Bildirilir ki, 58 ölkədə 6000-dən çox şəxsdə meymun çiçəyi virusuna yoluxma aşkar edilib.
Qeyd edək ki, qızdırma, halsızlıq, geniş yayılmış əzələ ağrısı, dəri səpgiləri və limfa düyünlərinin böyüməsi son zamanlar ABŞ , Kanada və Avstraliya ilə yanaşı Avropa ölkələrinə də yayılan meymun çiçəyi xəstəliyinin əsas əlamətlərindəndir.
Leyla, Medianews.az