Cümə axşamı, 18 Avqust 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Rifahın keşikçisi, sabitliyin dayağı – Azərbaycan polisi

TURAN
02/07/2022 21:30
24
BAXIŞ
FacebookTwitterTelegram

Əvvəllər ölkədə Polis Günü 6 iyun tarixində qeyd olunardı. 1992-ci ildə verilmiş qərar idi. Yenicə müstqəil olmuş ölkədə təbbi ki, qərarlara mütləq düzəliş etmək lazım gəlirdi. Azərbaycanın öz polisi var, o polis doğmadır, əzizdir və babalarının qoruduğu dövlətin keçikçisi olmağa layiqdir, həm də qadirdir.

Bu məntiqlə qeyd olunan bayramın da tarixi dəyişməlidir. Beləliklə, 24 may 1998-ci ildə i Azərbaycan Respublikası Prezidenti Heydər Əiyevin Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilərək, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edildi.

Polis elə bir peşədir ki, o vəzifənin icraçılarına təkcə bayramlarda deil, həmişə minnətdarlıq düşür. Bizim həyatımızın rifahını tənzimləyən orqanın əməkdaşları gecə-gündüz bilmədən sözün əsl mənasında cəmiyyətin keşiyini çəkirlər. Bununla yanaşı cəmiyyətin sağlam təməllər üzərində qurulması, gənclərin vətənə bağlı şəkildə tərbiyyə olunması, cinayətarlıqla mübarizə, bir zamanlar işğalda olan torpaqlarımız uğrunda savaşlarda iştirak Azərbaycan polisinin şərəflə icra etdiyi vəzifədir.

Həm birinci, həm də ikinci Qarabağ savaşlarında canını sipər edən yüzlərlə polislərimiz var, oların arasında şəhidlik zirvəsinə ucalanlar, qazi adı qazananlar igidlik nümunəsidirlər.

Polislərimiz həm də Azərbaycan xalqını 1993-cü ilə qədərki utanc vəziyyətdən qurtarmaqda da böyük şücaət göstərdiblər. Müstəqilliyimizin ilk illərində polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya ölkəyə çox böyük zərbə vurmuşdu. Müstəqilliyin sonrakı illərində akademik səviyədə formalaşan polis orqanları həm bu şərəfli peşəyə söz gəlməməsinə nail oldular, həm də nümunəyə çevrilməyi bacardılar.

Azərbyacanda Polis Akademiyasının açılması, uğurlu fəaliyyəti akademik səviyədə polsilərin yetişməsinə böyük imkanlar açdı. Polis orqanlarının inkişafı, sağlam ab-havanın yaranması, əməkdaşların borclarını ləyaqətlə yerinə yetirməsi Akademiyanın qarşısında duran əsas vəzifələrdəndir.

Azərbaycanın inkişafında sabitliyin, sabitliyin bərqərar olmasında və qorunmasında polislərin bilavasitə rolu var. Daxili ilər naziri Cənab general – polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə polis orqanlarında aparılan dəqiq islahatlar ciddi nəticələr verib. Hədəf isə savadlı, intellektual, mədəni, vətənə böyük məhəbbəti, bacarığı olan sağlam gənclərin polis sıralarında addımlamasına nail olmaqdır. Etiraf edək ki, bu seçimi qüsursuz yerinə yetirmək çox çətindir, amma cənab nazir bu işin öhdəsindən ustalıqla gəlir.

Azərbaycan Prezidenti İlham Əliyev polislərlə göüşündə sabitliyin cəmiyyədə verdiyi dəyərli töhfəni belə izah etmişdi:

“Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir. Bu gün biz dünyanın müxtəlif bölgələrində hökm sürən prosesləri izləyərkən bir daha görürük ki, sabitlik pozulduqda bütün başqa məsələlər də öz həllini tapa bilməz. Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Ona görə sabitliyin bərpa edilməsi o illərdə ən başlıca vəzifə idi. Ulu Öndərin qətiyyəti, müdrikliyi, xalqın ona olan inamı və polis orqanlarının fəaliyyəti bu sabitliyi yarada bildi və Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Biz uğurlu inkişaf yolu ilə gedirik və bu sabitlik, bir daha demək istəyirəm ki, bütün inkişafın təməlində dayanan amildir”.

Uğurlu inkişafımızda böyük rolunuz olduğunu Respublikanın birinci şəxsi, Ali Baş Komandan da təsdiqləyirsə, deməli, sizlərə hər gün minnətdarlıq düşür. Bu ölkənin keşiyini çəkənlərin hər biri qəhrəmandır. Bir üsütn xüsusiyyətinizi də qeyd etsəm, yerinı düşər. Artıq uzun illərdir ki, Azərbaycan polisi daxilindəki vəziyyəti mükəmməl şəkildə tənzimləyir. Sistemdə elə səviyyəli polislər təmsil olunurlar ki, xarakterində kiçik çatışmazlığı olan bilən hər hansı əməkdaş anındaca bu mühitdə ya əriyib peşəyə alyiq olmadığını bilərək sıraları tərk edir, ya da anlayır ki, qalib, qürurlu və inkişaf da olan Azərbaycanın keşiyində mərdi-mərdanə durmaq ən böyük qazancdır.

Siz həm də bizim dünya dövlətləri qarşısında başımızı uca edənlərdənsiniz. Ölkəmizə hər yerdən qonaqlar gəlir. Onlar Azərbaycandakı dinc mühiti görüb çox mənun olurlar. Az ölkə var ki, orada küçədə azad, sərbəst gəzmək, dincəlmək mümkündür. Dünyanın qarışıq bir duruma düşdüyü halda, xüsusən gənclərin əksər ölkələrdə ziyanlı vərdilçlərə sürətlə meyl etdiyi zamanda Azərbaycanda yaşanan rahatlıq həqiqətən alqışa layiqdir. Hər bir xarici bu üstün fərqi görür və səbəbləri barədə də soruşanda eşitdikləri cavab bu olur: Azərbaycan Prezidentinin yürütdüyü hümanist siyasət, ordunun düşmən qarşısında dağ kimi durması, iqtisadiyyatın inkişafı, xalqın mədəniyyəti, polisin bu düzəni dağılmağa qoymaması – budur Azərbaycanın rahatlıq həqiqəti.

Azərbaycanda gələcəyə böyük inam var. Bir cəmiyyətin inkişafında bu inam əsas üstünlükdür. Cəmiyyətdə qeyri-sağlam vərdişlərə aludəçiliyin də qarşısı qətiyyətlə alınır.

Çirkli informasiyanın və ziyanlı əcnəbi təsirin girovuna düşmək gəncliyin ən böyük bəlasıdır. Polis belə vəziyyətlə mübarizədə böyük uğurlara nail olub. Bir üstünlük də sosial şəbəkələrdə, mətbuatda qaldırılan məsələlərə anındaca adekvat reaksiya ilə bağlıdır. Polis bu işi də layiqincə yerinə yetirir. DİN-in ictimaiyyətlə əlqəli qurumu o qədər dəqiq reaksya göstərir ki, yayılan informasiya ziyanlı şəkillərə düşməyə macal da tapmır. Həqiqət anındaca öz yerinə qoyulur. Eynən cinayətkarlığa qarşı mübarizədə də pis hadisə törədənlər anındaca tapılıb hüquq-mühafizə orqanlarına təhvil verilir.

Əlbəttə asayişin pozulmasının qarşısını almaq polisin borcudur. Ancaq dəfələrlə şahidi olmuşuq ki, icazəsiz aksiyalarda kobudluq edənlərlə davranışda polos mədəni münasibət sərgiləyir. Son vaxtlar belə davranış demək olar bütün əməkdaşların qarşılarına qoyduqları məqsəddir. Aksiyaçınn da eyni davranış göstərməsi alicənablıq olardı. Çünki ctimai asayiş pozulduqda ölkə idarəedilməz vəziyyətə düşür. Azərbaycan 1992-93-cü illərdə belə duruma düşüb. Bu gün isə ictimai asayiş polis orqanları tərəfindən layiqincə qorunur.

Azərbaycan Prezidenti bu vəziyyəti belə dəyərləndirir: “Cinayətkarlığın inkişafına rəvac verən amillər Azərbaycanda demək olar ki, aradan qaldırılır. Bu vəziyyət məni çox sevindirir. Çünki Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı ən təhlükəsiz şəhərlərindən biridir. Bakıda sutka ərzində insanlar rahat yaşayırlar, axşam, gecə saatlarında rahat gəzirlər. Siz polis işçiləri bunu yaxşı bilirsiniz, çünki bu vəziyyətə nəzarət edirsiniz.

İnsanlar doğrudan da, həyatdan zövq alırlar. Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə nəticəsində deyə bilərəm ki, Azərbaycanda mütəşəkkil cinayətkarlıq aradan qaldırılıbdır. Ayrı-ayrı təzahürlər olur, amma dərhal onların qarşısı alınır”.

Bir daha birinci şəxsin ehtiramını görürük. Polis bu ehtiramı daim doğrultmağa çalışır. Həm mənəviyyatı, həm də maddi-tezxniki təminatı ilə ölkənin rifahına xidmət edən polis hər ötən gün daha həvəs və sevgi ilə çalışır.

Azərbaycan polisi yeni dövrün tələblərinə də yüksək səviyyədə cavab verir. İnformasiya texnilogiyalarından səmərəli istifadənin nəticəsidir ki, hər rübdə verilən hesabatda cinayətkarıqla mübarizənin müsbət təzahürləri aydın görünür.

Polislərə vətəndaşların hörməti də böyükdür. Polisin adi inasi jesti belə, Azərbaycanın informasiya məkanında böyük diqqət səbəb olur. Deməli, vətəndaşlar öz polisindən daim nəzakət, qayğı gözləyir. Polis isə bu gözləntiləri doğrultmaqdadır.

Bu təbrik yazısını davamedici zamanda bitirmək daha doğru olrdı. Azərbaycan polisi ən yaxşılara əməl etməkdə davamlı xətt tutub. Yolunuz həmişə açıq, işıqlı olsun, Azərbaycan polisi.

Mahirə Əmirhüseynova,

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri

DAHA ÇOX OXU

Türk PUA-ları suriyalıları qorxuya saldı – Çölə çıxmamaq barədə XƏBƏRDARLIQ edildi
1-MANŞET

Türk PUA-ları suriyalıları qorxuya saldı – Çölə çıxmamaq barədə XƏBƏRDARLIQ edildi

17/08/2022 20:40
Ukrayna MN: “Yaxın vaxtlarda bütün cəbhəboyu ciddi hadisələr gözlənilir”
Dünya

Ukrayna MN: “Yaxın vaxtlarda bütün cəbhəboyu ciddi hadisələr gözlənilir”

17/08/2022 16:59
Bu nazirlikdə ştatlar artırıldı – FƏRMAN
1-MANŞET

Bu nazirlikdə ştatlar artırıldı – FƏRMAN

17/08/2022 16:23
Hər zaman Azərbaycanın YANINDAYIQ – İndoneziya səfiri
Siyasət

Hər zaman Azərbaycanın YANINDAYIQ – İndoneziya səfiri

17/08/2022 14:36
Ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanıldı
Gündəm

Ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanıldı

16/08/2022 16:11
Azərbaycan XİN: “Ermənistan sülhə belə hazırlaşır?!”
Cəmiyyət

Azərbaycan XİN: “Ermənistan sülhə belə hazırlaşır?!”

16/08/2022 15:56
SON XƏBƏR
Fatimə məşhur xanımların plastik əməliyyatlarından DANIŞDI: “Onları görəndə dəhşətə gəlirəm” – VİDEO

Fatimə məşhur xanımların plastik əməliyyatlarından DANIŞDI: “Onları görəndə dəhşətə gəlirəm” - VİDEO

Döyülən qadın uşaqları ilə evdən qaçıb Sumqayıtda parkda gecələyir – VİDEO

Döyülən qadın uşaqları ilə evdən qaçıb Sumqayıtda parkda gecələyir - VİDEO

Rihanna ana olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – VİDEO

Rihanna ana olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı - VİDEO

Xəbər lenti

Qurban Qurbanov matçı dəyərləndirdi: “Səbrli olmalıyıq”

Qurban Qurbanov matçı dəyərləndirdi: “Səbrli olmalıyıq”

17/08/2022 22:55

“Qarabağ” Çexiya klubu ilə heç-heçə edib

“Qarabağ” Çexiya klubu ilə heç-heçə edib

17/08/2022 22:52

İlham Əliyev və Mehriban Əliyeva Maqomayevin xatirə gecəsində iştirak etdi

İlham Əliyev və Mehriban Əliyeva Maqomayevin xatirə gecəsində iştirak etdi

17/08/2022 22:20

“Neftçi”dən qovulan çexiyalı baş məşqçi: “Favoritim “Viktoriya”dır” – MÜSAHİBƏ

“Neftçi”dən qovulan çexiyalı baş məşqçi: “Favoritim “Viktoriya”dır” – MÜSAHİBƏ

17/08/2022 21:09

Rusiyanın təhlükə altında olan 21,3 milyard dollarlıq layihəsini Türkiyə xilas edəcək – DETALLAR

Rusiyanın təhlükə altında olan 21,3 milyard dollarlıq layihəsini Türkiyə xilas edəcək – DETALLAR

17/08/2022 20:48

Türk PUA-ları suriyalıları qorxuya saldı – Çölə çıxmamaq barədə XƏBƏRDARLIQ edildi

Türk PUA-ları suriyalıları qorxuya saldı – Çölə çıxmamaq barədə XƏBƏRDARLIQ edildi

17/08/2022 20:40

Papanın yerinə keçəcəyi gözlənilən kardinala qarşı ŞOK İTTİHAM – Qadınları cinsi istismara məruz qoyub və …

Papanın yerinə keçəcəyi gözlənilən kardinala qarşı ŞOK İTTİHAM – Qadınları cinsi istismara məruz qoyub və …

17/08/2022 20:31

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Qadını kimsəsiz yerə sürüyərək zorladı – ANBAAN VİDEO

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Qadını kimsəsiz yerə sürüyərək zorladı – ANBAAN VİDEO

17/08/2022 20:16

Onun yaradıcılığı çoxlarına örnək olacaq – Emin Ağalarov

Onun yaradıcılığı çoxlarına örnək olacaq – Emin Ağalarov

17/08/2022 19:59

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

17/08/2022 19:45

Stress dərini bu hala salır

Stress dərini bu hala salır

17/08/2022 19:24

153 avtobus gecikir – BNA – SİYAHI

153 avtobus gecikir – BNA – SİYAHI

17/08/2022 18:54

Bu gün general-leytenant olan hərbçilər kimdir?

Bu gün general-leytenant olan hərbçilər kimdir?

17/08/2022 18:03

Ekspert: “Buğda böhranının Azərbaycana mənfi təsirləri qaçılmazdır”

Ekspert: “Buğda böhranının Azərbaycana mənfi təsirləri qaçılmazdır”

17/08/2022 18:01

Son sutkada koronaya yoluxanların sayı 700-ü keçdi

Son sutkada koronaya yoluxanların sayı 700-ü keçdi

17/08/2022 17:32

İslamiada: Azərbaycanın kişi qılıncoynatma millisi qızıl medal qazanıb

İslamiada: Azərbaycanın kişi qılıncoynatma millisi qızıl medal qazanıb

17/08/2022 17:04

Ukrayna MN: “Yaxın vaxtlarda bütün cəbhəboyu ciddi hadisələr gözlənilir”

Ukrayna MN: “Yaxın vaxtlarda bütün cəbhəboyu ciddi hadisələr gözlənilir”

17/08/2022 16:59

Londonda metro yaxınlığında yanğın baş verib

Londonda metro yaxınlığında yanğın baş verib

17/08/2022 16:42

“İnternet monopolist qurumların əlindədir” – İT mütəxəssisi

“İnternet monopolist qurumların əlindədir” – İT mütəxəssisi

17/08/2022 16:37

10 gündə 6 nəfəri gün vurdu – RƏSMİ

10 gündə 6 nəfəri gün vurdu – RƏSMİ

17/08/2022 16:37

Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa oynanılır

Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa oynanılır

17/08/2022 16:29

Bu nazirlikdə ştatlar artırıldı – FƏRMAN

Bu nazirlikdə ştatlar artırıldı – FƏRMAN

17/08/2022 16:23

Virusa yoluxan uşaqları ev şəraitində necə müalicə etməli?

Virusa yoluxan uşaqları ev şəraitində necə müalicə etməli?

17/08/2022 16:05

Ağ şəhər bulvarında idman edən ərəb ÖLDÜ

Ağ şəhər bulvarında idman edən ərəb ÖLDÜ

17/08/2022 15:34

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.