Bazar, 3 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb

Zarif
24/06/2022 11:36
A A
15
BAXIŞ
FacebookTwitterTelegram

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasında aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Belə ki:

– yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib;

– obyektin bəzi sahələrində elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların tələblərinə uyğun quraşdırılmayıb, elektrik təsərrüfatı və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməyib;

– yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq, binaya yaxın məsafədə oksigen balonlarının saxlanılmasına yol verilir;

– binanın fasad hissəsində yanğın təhlükəsizliyinə dair uyğunluq sertifikatları təqdim edilmədən alkapon üzlük materiallarından istifadə edilib;

– insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

– obyek ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;

– yanğına qarşı sistem və qurğular nasaz vəziyyətdədir;

– təxliyə çıxışları tikinti-layihə normalarının tələblərinə uyğun quraşdırılmayıb;

– mərtəbələrdə quraşdırılmış daxili yanğın su kranlarında şlanqlar yanğın kranına və lüləyə birləşdirilməyib, təzyiqyüksəldici nasoslarla əlaqələndirilməyib və hazırda nasaz vəziyyətdədir;

– yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

– obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, balans dəyərinə uyğun olaraq icbari qaydada sığorta olunmayıb.

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, qanunvericiliyin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasının cərrahiyyə, təsərrüfat otaqlarında, habelə yeməkxanada işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə Qərar qəbul olunub”, – nazirliyin məlumatında bildirilib.

DAHA ÇOX OXU

1-MANŞET

Azərbaycanda at fermasının sahibi həbs edildi

03/07/2022
Cəmiyyət

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

03/07/2022
Cəmiyyət

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

03/07/2022
Cəmiyyət

Döyülən qadın uşaqları ilə evdən qaçıb Sumqayıtda parkda gecələyir – VİDEO

03/07/2022
1-MANŞET

Baydenin “Türkiyəyə F-16 satmalıyıq” sözləri ABŞ-ı qarışdırdı – Senatorlar bunu “şok” adlandırdılar

02/07/2022
1-MANŞET

Zelenskidən Putinin xəstəliyi ilə bağlı ŞOK AÇIQLAMA: “Düşündüyünüzdən daha pisdir”

02/07/2022
SON XƏBƏR

Azərbaycanlı futbolçu "Arsenal"dan getdi - Yeni klubu məlumdur

UNESCO-dan İstanbula sunami xəbərdarlığı

Zelenski dünyaya səsləndi: “Bu, tam qələbədir, bunu çox gözləmişdik…”

Xəbər lenti

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

2022/07/03 11:37

Azərbaycanda at fermasının sahibi həbs edildi

2022/07/03 11:24

“Pfizer”in baş direktoru pandemiyanın yeni dalğasının başladığını elan etdi

2022/07/03 11:11

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu

2022/07/03 10:59

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

2022/07/03 10:46

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

2022/07/03 10:33

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

2022/07/03 10:20

Hansı müğənninin əməliyyatdan sonra ombası çürüyüb?

2022/07/03 10:07

Günel TikTok-dan qazandığı məbləği açıqladı

2022/07/03 09:55

Aytac Amerikaya gedən həyat yoldaşı ilə ayrıldığını açıqladı

2022/07/03 09:43

“Akıncı”nın lazerli raket sınaqları uğurlu oldu – VİDEO

2022/07/03 09:31

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

2022/07/03 09:16

Polis bayramı günü qəzada öldü- FOTO, VİDEO

2022/07/03 09:00

Parlamentin iclasına körpəsi ilə gələn deputat qalmaqala səbəb oldu – FOTOLAR

2022/07/03 08:10

Fırtına gəmini ikiyə böldü: 50-dən çox adam itkin düşüb – QORXUNC GÖRÜNTÜLƏR

2022/07/03 08:02

Yoldan keçən gənc qadını başından silahla vurdular – ANBAAN VİDEO

2022/07/03 07:56

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Köpəkbalığı 68 yaşlı qadını parça-parça etdi – VİDEO

2022/07/03 07:50

İstanbulda gəmi estakada ilə toqquşdu: Yaralananlar var – VİDEO

2022/07/03 07:44

Rusiyalı gənc hərbi komissarlığa kərpiclə hücum etdi

2022/07/03 07:18

Aİ G20 nazirlərinin görüşündə Ukraynaya dəstək verəcək

2022/07/03 07:01

Özbəkistan prezidenti Qaraqalpaqstanı suverenlikdən məhrum etməməyi təklif edib

2022/07/03 06:19

Rihanna ana olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – VİDEO

2022/07/03 06:07

Döyülən qadın uşaqları ilə evdən qaçıb Sumqayıtda parkda gecələyir – VİDEO

2022/07/03 05:44

Fatimədən ombasını böyüdən məşhurlara: “Mənim heç yerim sallanmır” – VİDEO

2022/07/02 21:37

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.