Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İngiltərə xarici işlər naziri Liz Truss ilə birgə mətbuat konfransı keçirib.
Medianews.az xəbər verir ki, nazir Çavuşoğlu böhranla bağlı Rusiyadan müsbət cavab gözlədiklərini açıqlayıb.
İngiltərə naziri Truss isə “Problem həll edilməsə, taxıllar bu limanlardan çıxarılmasa, ciddi aclığa səbəb olacaq”, -deyə qeyd edib.
Texniki problemləri həll edilməsinin vacibliyini vurğulayan Mövlud Çavuşoğlu daha sonra bunları deyib: “Rusiya və digər dövlətlər tərəfindən Ukrayna taxılının və ya hər hansı məhsulunun qanunsuz alqı-satqısının əleyhinəyik. Türkiyə olaraq bunun bizə gəlməsinə imkan verməyəcəyik. İstanbulda razılıq əldə olunarsa, nəzarət mərkəzi və təhlükəsiz zona yaradılacaq. Bu zona Ukrayna ərazi sularından bir qədər kənarda qurulacaq”
İngiltərə xarici işlər naziri Liz Truss açıqlamasında “Türkiyənin taxıl böhranında liderliyindən çox razıyıq. Problem həll olunmazsa, taxıllar bu limanlardan çıxarılmazsa, ciddi aclığa səbəb olacaq”, – deyə bildirib.
Medianews.az