Yay fəsli, xüsusən də qızmar günəş insan dərisindəki problemlərin üzə çıxdığı və onların bu problemlərə qarşı mübarizə apardığı əsas fəsildəndir. Bu fəsildə dəri xüsusi qulluq tələb edir. Nəzərə alsaq ki, ölkəmizdə günəşli saatların illik miqdarı 1 800 – 2 900 saat arasında dəyişir o zaman dəriyə qulluq ikiqat artır.
Təsadüfi deyil ki, əhali də günəşli günlərə vərdiş edib, lakin nəzərinizə vacib bir məqamı çatdırmaq istəyirik. Baxmayaraq ki, əksəriyyət günəş vannaları qəbul edib, dərisinin rənginə günəş parlaqlığı qatmaq istəyir, günəş şüalarının dərimizə vurduğu ziyan, faydadan çoxdur.
Medianews.az günəşdən qorumağın sirrlərini təqdim edir:
1. Çətir altında oturmaq sizi günəş işığından qorumur. Bu səbəbdən də kölgədə belə günəşdən qoruyucu losyon və ya krem istifadə edin.
2. Yüksək faktorlu məhsul belə sizin bədəninizi 100%lik qorumur. Bu səbəbdən də hər 2 saatdan bir kremi yenidən bədəninizə sürtməyiniz lazımdır. Əgər suya girdinizsə, yenidən təzələmək mütləqdir.
3. Günəşə çıxarkən şlyapa, papaqdan istifadə etməyiniz mütləqdir. Göz ətrafını qorumaq üçün gün eynəklərindən istifadə etməyi unutmayın.
4. Günəşə çxıdıqda ləkə əmələ gəlməsini istəmirsinizsə spirtli kosmetik məhsullardan istifadə etməyin.
5. Məhsulu dəri tipinizə uyğun olaraq seçin. Məsələn, bədən üçün losyon və spreyli kremlər daha yaxşıdır. Üz üçün isə krem formasında məhsullar seçin.
6. Günəşə çıxmadan 20 dəqiqə öncə kremi üzünüzə bə boynunuza eyni dərəcədə çəkin.
7. Əgər kosmetika və ya ağcaqanaddan qoruyucu kremdən istifadə edəcəksinizsə, ilk öncə günəşdən qoruma kremini istifadə edib 10 dəqiqə gözləyin. Daha sonra başqa vasitələri də istifadə edə bilərsiz.
8. Günəş qoruyucuları nəm və günəş olmayan yerdə saxlayın. Əgər kremin strukturunda fərqlilik görürsüzsə o zaman yeniləməyiniz mütləqdir.
9. Hamilə xanımlar çinkooksit ve titanyum dioksit tərkibli ən az SPF 30 və daha yüksək olan SPF kremlər seçməlidirlər. Uşaqların dərisi daha həssas olduğu üçün SPF 50 və daha yüksək olan qoruyucu kremlərdən istifadə etməyiniz tövsiyyə olunur.
10. İsti yay günlərində saat 10:00-dan 16:00-a kimi çalışın günəş altına çıxmayasınız.
11. Dərinizi örtülü saxlayın. Nə qədər parodoksal səslənsə də dəri örtülü olanda biz istilənmirik, əksinə özümüzü bir az sərin hiss edə bilirik. Dəri örtülü olanda günəş şüalarından maksimal dərəcədə qorunur.
Sual yaranır ki yay fəslində necə örtülü gəzmək olar? Çox asan. Cənub ölkələrinin əhalisini nümunə göstərə bilərik.
12. Daim nəmləndirici, bərpaedici kremlərdən istifadə edin. Evə gələndən sonra sərin düş qəbul edib dərinizi nəmləndirsəniz, dərinizdə qocalma prosesinin ləngidə bilərsiniz.
Medianews.az