ABŞ və Rusiya arasında yeni gərginlik başlayıb.
Medianews.az xəbər verir ki, Rusiya mediası Ukrayna sıralarında döyüşərkən əsir götürüldüyü deyilən iki Amerika vətəndaşının görüntülərini yayıb.
Rəsmi Vaşinqtondan isə hələlik heç bir açıqlama yoxdur. Ukrayna sıralarında döyüşən 2 amerikalı əsgərin Rusiya qüvvələri tərəfindən əsir götürüldüyü iddia edilib. Co Bayden mövzu ilə bağlı açıqlama verməsə də, Rusiya dövlət televiziyası əsir götürüldüyü iddia edilən amerikalıların görüntülərini yayımlayıb.
Medianews.az