Xalq artisti Aygün Kazımova minaya düşərək hər iki gözünü itirən FHN əməkdaşına zəng edərək mahnı oxuyub.
Yenilik.az xəbər verir ki, müğənni hazırda xəstəxanada müalicə alan qazi üçün mahnı oxuyub. Belə ki, Süleyman Kazımovanın “Gecələr keçir” mahnısını çox sevdiyini bildirib. Həmin video sosial şəbəkədə paylaşılıb və ifaçı işarələnib.
Görüntülərdə Aygün Kazımovanın Süleymana zəng edərək sözügedən mahnını ifa etməsi və onu görməyə gələcəyini bildirdiyi anlar əks olunub.