Cümə axşamı, 7 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bazara ucuz evlər gəldi: Məcburi köçkünlər üçün Bakıda tikilən mənzillərin qiyməti belə olacaq

XƏYALƏ
18/06/2022 09:24
A A
81
BAXIŞ
FacebookTwitterTelegram

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışı qaydası müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nda əksini tapıb. Qeyd edək ki, ötən dövr ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda 100-dən artıq müasir qəsəbə salınıb.

Torpaqlarımız işğaldan azad edilib və yenidənqurma işlərindən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdacağı təqdirdə artıq bu evlərin satışının təşkili gözlənilən idi.

Hazırda həmin mənzillərin satışının necə reallaşacağı və həmin mənzillərin keyfiyyəti ilə əlaqədar səslənən fikirlərə əsaslansaq, bununla bağlı problem yaranacaqmı?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, təxminən 20 ildən artıq müddətdir Azərbaycanda, xüsusilə də Bakıda tikinti işləri sürətlə gedir və bu gün də davam edir:

“Çünki insanların mənzilə olan ehtiyacları tam təmin olunmayıb, təlabat daha çoxdur. Son dövrlərdə əmlak bazarında aşağı qiymətə ev alıcıları daha da artıb. Yəni nisbətən aztəminatlı ailələr istəyir ki, ucuz ev alsınlar. Evlərin qiyməti paytaxtda, mərkəzə yaxın ərazilərdə daha baha olduğuna görə insanlar üçün ev almaq əlçatan deyil. Ancaq dövlət layihələrinə baxdıqda, hər zaman böyük növbələr olur. Bu layihələr də dövlət sifarişi ilə tikildiyinə görə tikinti xərcləri çox azdır.Ona görə ki, bir tikinti şirkəti torpaq sahəsi alır, xərc çəkir, mənzil tikir, satırsa, onun xərci daha çox olur və bunu oradan qazanc götrümək niyyəti ilə edir. Ancaq məcburi köçkünlər üçün tikilən evlər dövlət layihəsidir və torpaq dövlət tərəfindən verildiyinə, həmin qurumun tikinti şirkəti kimi maddi marağı olmadığına görə düşünürəm ki, bu mənzillər aşağı qiymətə təklif olnacaq”.

O bildirib ki, təklif edilən ərazilər bahalı deyil:

“Ancaq yaşayış massivləridir, əhalinin axını sürətlidir. Bu baxımdan həmin mənzillərin qısa müddət ərzində satışı bitəcək”.

Həmin evlərin satışının əmlak bazarına təsirinə gəldikdə isə ekspert deyir ki, mənzillər çıxarışlı olduğuna görə bəzi vətəndaşlar kredit, yaxud nağd yolu ilə ala bilərlər:

“İstənilən halda daşınmaz əmlak bazarında maddi vəziyyəti aşağı olan vətəndaşların evsizlik problemi müəyyən qədər aradan qalxacaq. Dövlət layihəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuşdusa, sonra bir hissəsi şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutuldu, bir qismi isə satışa çıxarıldı. Dövlət layihəsi ilə tikilən binalarda ümumi sahə böyük olmur. Yəni MTK-ların tikdiyi binaların da iki otaqlı mənzillər 80-100 kvadrat olur. Bunun da bir kvadratını 1500 manatdan hesabladıqda 100 mini keçir. Ancaq dövlət layihələri ilə tikilən binalarda ümumi sahə yığcam olur və kvadrat itkisi olmadığına görə ümumi qiymət də az görünür. Son zamanlar bazarda çox dəyişikliklər var. Tikinti materiallarının bahalaşması xərcləri çox artırıb. Bu tip sosial layihəni MİDA kvadratı 900 manata təmirli mənzilləri o kateqoriyadan olan insanlara sata bilirdi. Burada da ona oxşar bir qiymət olacaq. Çünki dövlət layihəsi olduğuna görə onlar bəzi vergilərdən azad olurlar, torpaq sahəsi pulsuz olur və digər şirkətlər kimi xərci olmur”.

Mənzillərin keyfiyyəti nə ilə ölçülür? Ekspertin sözlərinə görə, mərkəzdə bahalı, təmirsiz binalarda mənzil alan vətəndaş 100 kvadratmetrlik mənzilin 1 kvadratmetrinin təmirinə 300-400 manat xərc çəkir:

“Məsələn, elə divar kağızı var ki, qiyməti 80 manatdır, sadə isə 8-10 manata satılır. “Laminat” var ki, bir kvadratı 45 manat, bəzisinin isə 15 manatdır. Təbii ki, bu sosial layihə və dövlət tərəfindən inşa olunduğuna görə tikinti xərcinin çox olmaması üçün məcburən çox bahalı tikinti materiallarından istifadə olunmayıb. Yəni bu, o demək deyil ki, keyfiyyətsizdir. Təbii ki, mənzillər satışa çıxdıqdan sonra vətəndaş baxacaq, keyfiyyətsiz olsa ona pulu kim verər? Ümumiyyətlə, bu cür kompakt sosial layihələr ona görə yaxşıdır ki, şəhərcik kimi tikiləndə orada həm uşaq bağçası, poliknikası, hətta orta məktəb belə nəzərdə tutulur. Ancaq adətən kənarda bina tikiləndə dayanacaqdan, məktəb binasından çox uzaq məsafədə olduğuna görə insanlar oraya çox can atmırlar”.

DAHA ÇOX OXU

Cəmiyyət

Bahalı avtomobildə “Çəkil, yetim kasıb…” deyən Samid Bağırov vəfat ETDİ

07/07/2022
1-MANŞET

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı: Vətənə qayıtmaq istəyən Məmməd yaxınlarına səsləndi – VİDEO

07/07/2022
Cəmiyyət

Ayağını çölə çıxardaraq maşın sürən şəxs həbs edildi – Video

06/07/2022
1-MANŞET

Avtomobili olanlara şad xəbər – Qanuna dəyişiklik edildi

06/07/2022
Analiz

“Məni erməni şərləyib” – Kiyevdə həbs olunan azərbaycanlı

06/07/2022
1-MANŞET

Bakıda dördzolaqlı yolun bir hissəsi satılıb? – AAYDA aydınlıq gətirdi

06/07/2022
SON XƏBƏR

Dünyanın ən zərərli içkisi... - Qısa müddətdə öldürür

Azərbaycanda banklara vaxt qoyuldu - RƏSMİ

DİN yeni qurum yaratdı

Xəbər lenti

Bahalı avtomobildə “Çəkil, yetim kasıb…” deyən Samid Bağırov vəfat ETDİ

2022/07/07 02:17

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı: Vətənə qayıtmaq istəyən Məmməd yaxınlarına səsləndi – VİDEO

2022/07/07 02:09

İordaniya şahzadəsi ərə gedir

2022/07/07 02:00

Şəhid qardaşı şöbədə döyülüb? – DİN-dən açıqlama

2022/07/07 01:40

” … Berlinə qədər irəliləyəcəyik” – Kadırovun “sağ əli”ndən ŞOK AÇIQLAMALAR (VİDEO)

2022/07/07 01:29

Ailəsini qətl edən gənc sonda özünü güllələyib – Yazdığı mesajlar üzə çıxdı …

2022/07/07 01:20

Ukraynada könüllü döyüşən braziliyalı model ruslar tərəfindən öldürüldü – FOTO

2022/07/07 01:08

İranda britaniyalı diplomat casusluq ittihamı ilə saxlanılıb – FOTO

2022/07/06 23:59

Tahir Əmiraslanov kitablarını yandırdı: “Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?” – VİDEO

2022/07/06 23:09

Azərbaycanda 21 yaşlı qız zorlandı

2022/07/06 21:50

Ayağını çölə çıxardaraq maşın sürən şəxs həbs edildi – Video

2022/07/06 21:38

Avtomobili olanlara şad xəbər – Qanuna dəyişiklik edildi

2022/07/06 21:30

Əsgərimiz özünü güllələdi

2022/07/06 21:28

Avtoşluq edən əsgər qaçıb gizlənibmiş – Yenidən həbs edildi

2022/07/06 20:59

Bu ölkə tanklarını Polşaya yerləşdirir

2022/07/06 20:52

Sumqayıtda sabiq polis serjantı intihar etdi

2022/07/06 20:11

network cables RJ45 connected to a switch

Azərbaycanda bir neçə internet tarifi ləğv edilir

2022/07/06 19:54

“Məni erməni şərləyib” – Kiyevdə həbs olunan azərbaycanlı

2022/07/06 19:38

Azərbaycanla Pakistan məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq edəcək

2022/07/06 19:18

Bakıda reabilitasiya mərkəzində narkoman işgəncə nəticəsində ölüb

2022/07/06 18:40

Bakıda dördzolaqlı yolun bir hissəsi satılıb? – AAYDA aydınlıq gətirdi

2022/07/06 18:24

Dilarə Kazımova: “Kişilər mənə yaxınlaşmağa qorxurlar”

2022/07/06 18:00

“30 ildir zirzəmidə yaşayıram” – Əməkdar artist – VİDEO

2022/07/06 17:59

Dövlət Agentliyi: “600-dan çox internat məzununa mənzillər verilib”

2022/07/06 17:50

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.