“Yolumuz yenə Ağdama düşdü. Ziyalılarla, dostlarla bir yerdə. Ağrı-acımızı, sevincimizi, səadətimizi bölüşdük. Kül altında közərən ümidlərimizi ocağa çevirən oğullarımızı – şəhidlərimizi xatırladıq. Onların ruhuna dualar oxuduq”.
Medianews.az xəbər verir ki, bu sözləri “Space” Müstəqil Teleradio şirkətinə rəhbəri Müşfiq Hətəmov “Facebook” hesabında yazıb. O, Ağdam səfərindən qayıtmaq istəmədiyini və bu səfərin özəlliyindən bəhs edib:
“30 il intizarını çəkdiyimiz, yuxularda küçə-küçə, kənd-kənd gəzdiyimiz Ağdama səhər alqış, axşam vida dedik. Amma bu, vidalaşmaq deyildi. Biz uşaqlığımızın, arzularımızın beşiyində yenə vətənə qovuşmaq xoşbəxtliyini yaşayacağıq.
Ayrılmaq istəmirdik. Amma nə etmək olardı… Bakıya dönməli idik.
Səfərin təşkilinə görə professor Ədalət Muradova və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova minnətdarlığımı bildirirəm”.
Medianews.az