Əməkdar artist Nigar Şabanova yeni açıqlama verib.
BAKU.WS xəbər verir ki, “7 canlı” verilişinə qonaq olan sənətçi Azərbaycanda ilk dəfə Türk xalq mahnılarını ifa edənin özü olduğunu, hətta buna görə sənət dostlarının onu qınadığını bildirib:
“Bizdə ancaq türklərin estradası, arabeski məşhur idi. Türk xalq mahnıları bizdə oxunmurdu. Bunu əminliklə deyirəm ki, Azərbaycanda ilk türk xalq mahnılarını ifa edən mən oldum. Həmin vaxt Murad Arifin başqa bir kanalda verilişi var idi. Mənə orada xeyli vaxt ayrıldı ki, o musiqilərdən ifa edə bilim. Daha sonra xanəndə dostlarım elə mahnılar oxuduğum üçün məni qınadılar və mən geri çəkildim. Bir də baxdım məni qınayanlar özləri türk xalq mahnıları oxuyurlar”.
Ətraflı videoda: