Bazar ertəsi, 4 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Banka əmanət pul qoyarkən nəyi bilməliyik, bilmədiklərimiz-Bank ekspertindən açıqlama

XƏYALƏ
09/06/2022 15:03
A A
107
BAXIŞ
FacebookTwitterTelegram

Bank reklamlarında çox zaman əmanətlər haqqında oxuyuruq və ya eşidirik. Lakin bu əmanətlər haqqında hər kəs tam olaraq məlumatlı deyil. Bəzi insanlar banklara güvənmir. Bəs görəsən banklar bu əmanətlər müqabilində vətəndaşa nə vəd edir? Bankın buradan çıxarı nədir? Vətəndaşların pulu bankda bata bilərmi?

Mövzu barədə Medianews.az-a danışan bank eksperti Xəyal Məmmədli bildirdi ki, ən çox gəlirli banklarla bağlı statistika daima dəyişir:

“Hansı banklarda sistem əhəmiyyətlidirsə, daha güclüdür, kapital dayanıqlılığı daha möhkəmdirsə, likvitlik problemi yoxdursa, o banklarda gəlirlilik aşağı olur. Əmanətlər üzrə onların təklif etdiyi gəlirdə aşağıdır. Hansı banklar isə kiçik ölçülüdür, onların nağd pul cəlb etmək ehtiyacları var, onlar əmanətlər üzrə faiz dərəcələrini artırırlar ki, insanlar daha çox gəlir əldə etməkdə maraqlı olsunlar”.

Ekspert bildirdi ki, pullar daima aktiv olaraq qalmalıdır: “Əmanətlərin iqtisadi faydaları ilə bağlı demək olar ki, ümumi iqtisadi sistemdə belə bir qayda var ki, əgər pul dövriyyədən çıxırsa, bu ümumi iqtisadiyyat üçün zərər yaradır. Pul aktiv, dövriyyədə olmalıdır. Bütün iqtisadi sistemlərdə pulun dövriyyədən çıxarılması, kənarlaşdırılması yaxşı hal hesab olunmur. Pulun sadəcə evdə, seyfdə saxlanılması, iqtisadiyyatda iştirak etməməsi doğru hal deyil. O baxımdan ya insanlar özü onu investisiya şəklində yatırmalıdır ki, iqtisadiyyata fayda versin. Özləri investisiya şəklində yatıra bilmirlərsə, fərqi yoxdur bankda cari və ya əmanət hesablarında yerləşdirilərsə, bank da onu investisiya şəklində yatırarsa, digər iqtisadi subyektlər ondan istifadə edə bilərlər. Bu iqtisadiyyatda yeni dəyər yaradar. Əsas faydası budur”.

Xəyal Məmmədlinin sözlərinə görə, əmanətlərin sığortalanması ilə bağlı bir problem yoxdur: “2006-cı ildən əmanətlərin sığortalanması haqqında qanun var. Əvvəl orada sığorta dərəcələri az idi və cüzi məbləğlər sığortalanırdı. Cəmi 4000-6000 manat məbləğ, yəni kiçik məbləğlər sığortalanırdı. Son illərdə əmanətlər məbləğindən asılı olmayaraq tam sığortalandı. Amma 1 iyun 2020-ci ildən əmanətlərdə yenə də məbləğ limiti təyin olunmağa başladı. 100 min manat ekvivalentində bir şəxsin bir bankda olan əmanəti sığortalanır. Hazırda faiz dərəcələri manatda maksimum 12 faiz, dollarda maksimum 2,5 faiz illik faiz dərəcəsi həddində 100 min manata qədər qoyulmuş əmanətlər sığortalanmış hesab olunur”.

Bank eksperti konpensasiya məsələlərindən danışarkən bildirdi ki, əmanətlər tam olaraq hamıya qaytarılır: “Bir şəxsin bir neçə bankda qoyduğu əmanətlər ayrı-ayrı əmanətlər kimi konpensasiya olunur. Bir şəxsin bir bankın bir neçə filialında əmanətləri varsa, onlar toplanır və bir əmanət kimi konpensasiya olunmuş olur. SSRİ dövründə olan əmanətlər bir neçə il bundan əvvəl indeksləşdirildi, indiki valyutaya uyğunlaşdırıldı və bütün əmanətlər o şəkildə konpensasiya olundu. Müstəqillik dövründə bağlanmış bankların bütün əmanətləri isə əmanətlərin sığortalanması haqqında qanun qəbul olunduqdan sonra tam olaraq hamıya qaytarılıb, heç bir problem yoxdur”.

Xəyal Məmmədlinin fikrincə, əmanətlərin sığortalanmasında hal hazırda yeganə sıxıntılı məqam ondan ibarətdir ki, hüquqi şəxslərin əmanətləri sığortalanmır: “Şirkətlərin banklarda olan pullarında heç bir sığorta yoxdur. Əgər bank bağlanıra, bunu əmanətlərin sığortalanması fondu qaytarmır. Yalnız bankın aktivləri yığıldıqdan sonra orada olan vəsait əgər yetərsə, o zaman hüquqi şəxslərə vəsait qaytarılır. Məsələn sonuncu bağlanan bankların hüquqi şəxs müştərilərinə heç bir vəsait hələ ki, qaytarılmayıb. Orada növbəlilik prinsipi var. Hələ növbə çatmayıb. Amma fiziki şəxslərin əmanətləri hamısı qaytarılıb. 100 faiz bütün müştərilərin, fiziki şəxslərin əmanəti qaytarılıb”.

Ekspert pulların dəyişməsi zamanı əmanətlərə nə olacağından da danışdı: “Denaminasiya zamanı, pul əskinasları dəyişdirilərsə o halda indeksləşdirilmə gedir. Həmin dövrün məbləğləri yeni nominal məbləğlərə uyğunlaşdırılır və həmin yeni dövrdə həmin məbləğ nə qədər edirsə, o qədər də əmanət sığortalanır, konpensasiya olunur”.

Zərif Ülvizadə

Medianews.az

DAHA ÇOX OXU

export

Azərbaycanda idmançı faciəli şəkildə öldü

03/07/2022
Cəmiyyət

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

03/07/2022
export

Qurban Qurbanov təlim-məşq toplanışından danışdı: Məni narahat edən… – VİDEO

03/07/2022
export

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

03/07/2022
export

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

03/07/2022
Cəmiyyət

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

03/07/2022
SON XƏBƏR

"Dayanın artıq, bu qədər də olmaz"-Xalq artistindən ETİRAZ

Ərdoğandan SƏRT BƏYANAT: Zarafat etmirəm, ağlını başına al

İşə düzəltmə adı ilə dələduzluq edən qadın ƏLƏ KEÇDİ

Xəbər lenti

Azərbaycanda idmançı faciəli şəkildə öldü

2022/07/03 13:28

Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı RƏSMİ MƏLUMAT

2022/07/03 13:07

Qurban Qurbanov təlim-məşq toplanışından danışdı: Məni narahat edən… – VİDEO

2022/07/03 12:53

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

2022/07/03 12:43

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

2022/07/03 12:40

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

2022/07/03 12:33

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

2022/07/03 12:26

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

2022/07/03 12:13

Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

2022/07/03 12:01

Ögey atadan dəhşətli əməllər: 2 il uşaqların üzərində siqareti söndürüb, üstlərinə qaynar su töküb, ac qoyub…

2022/07/03 11:48

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

2022/07/03 11:37

Azərbaycanda at fermasının sahibi həbs edildi

2022/07/03 11:24

“Pfizer”in baş direktoru pandemiyanın yeni dalğasının başladığını elan etdi

2022/07/03 11:11

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu

2022/07/03 10:59

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

2022/07/03 10:46

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

2022/07/03 10:33

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

2022/07/03 10:20

Hansı müğənninin əməliyyatdan sonra ombası çürüyüb?

2022/07/03 10:07

Günel TikTok-dan qazandığı məbləği açıqladı

2022/07/03 09:55

Aytac Amerikaya gedən həyat yoldaşı ilə ayrıldığını açıqladı

2022/07/03 09:43

“Akıncı”nın lazerli raket sınaqları uğurlu oldu – VİDEO

2022/07/03 09:31

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

2022/07/03 09:16

Polis bayramı günü qəzada öldü- FOTO, VİDEO

2022/07/03 09:00

Parlamentin iclasına körpəsi ilə gələn deputat qalmaqala səbəb oldu – FOTOLAR

2022/07/03 08:10

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.