ABŞ Rusiyaya qarşı döyüşən Ukraynaya raket və dörd ədəd MQ-1C Grey Eagle pilotsuz uçan aparatı satmağı planlaşdırır.
Medianews.az xəbər verir ki, xarici media qurumlarının məlumata görə, General Atomics tərəfindən hazırlanan SİHA-ların satışının Konqres tərəfindən təsdiqlənməsi lazımdır. Bundan əlavə bildirilir ki, Pentaqonun bir neçə həftədir qiymətləndirdiyi satış son dəqiqə siyasət dəyişikliyi ilə dayandırıla bilər.
Məlumata görə, ABŞ rəsmisi yaxın günlərdə Konqresə mümkün satışın tətbiq ediləcəyini bildirib.
Qeyd edək ki, satış reallaşarsa, ABŞ Ukraynaya arxadan hücum üçün istifadə oluna bilən yüksək texnologiyalı silah sistemi satan ilk ölkə olacaq.
Xatırladaq ki, Ukrayna hazırda Rusiya qoşunlarına qarşı müxtəlif tipli, lakin daha qısa mənzilli pilotsuz təyyarələrdən istifadə edir.
Onu da əlavə edək ki, ABŞ prezidenti Co Bayden ötən gün Ukraynaya qabaqcıl silah sistemləri göndərəcəyini açıqlayıb və bu qərar Rusiyada böyük reaksiyaya səbəb olub.
Leyla, Medianews.az