Vyetnamın Son La əyalətində turistik xüsusiyyətləri ilə seçilən 632 metr uzunluğundakı şüşə körpünün açılış mərasimi keçirilib.
Medianews.az xəbər verir ki, Vyetnam rəsmilərinin də qatıldığı mərasimə Ginnesin Rekordlar Kitabı rəsmiləri də qatılıb.
Məlumata görə, 40 millimetr qalınlığında olan şüşə 450 nəfəri daşımaq qabiliyyətinə malikdir. “Ağ Əjdaha” adlı şüşə körpü dünyanın ən uzun körpüsü kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Xatırladaq ki, əvvəlki rekord Çinin Quandun əyalətindəki 526 metr uzunluğundakı körpüyə aid idi.
Leyla, Medianews.az