Rusiyanın Ukraynanı işğalının üçüncü ayı keçsə də, Qərbin bəzi yüksək vəzifəli adlarının Ukrayna torpaqları ilə bağlı “danışıqlar” aparmasından sonra səslər yüksəlib.
Medianews.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin baş müşaviri Aleksey Arestoviç Qərb müttəfiqlərini tənqid edərkən qəzəblənib və çox sərt danışıb. O, Qərbdə Kiyevi sülh naminə ölkə ərazisinin bir hissəsini Rusiyaya verməyə çağıranları tənqid edib və hətta söyüb.
Müsahibə zamanı Arestoviç deyib: “Belə təkliflərlə gələnlər, … getsinlər. Ukrayna torpaqlarını barter etmək nə deməkdir? Sən dəlisən. Övladlarımız ölür, əsgərlər öz bədənləri ilə mərmiləri dayandırır, amma bunlar bizə torpağımızı necə qurban verəcəyimizi deyirlər. Bu heç vaxt baş verməyəcək”.
Ukrayna prezidenti Vladimir Zelenskinin digər müşaviri Mixail Podoliak da çərşənbə günü “Avropadakı rusiyayönlü lobbiçilər” haqqında danışıb.
“Biz vətəndaşlarımızı, torpağımızı və suverenliyimizi satmırıq. Bu bizim qırmızı xəttimizdir. Ukrayna cəmiyyəti dəhşətli bədəli ödəyib və heç kimə bu istiqamətdə addım atmağa belə imkan verməyəcək”,-deyə bildirib.
Leyla, Medianews.az