Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiyanın dəstəklədiyi separatçıların lideri əməliyyatın sürətləndirilməsini tələb edib.
Medianews.az xəbər verir ki, “Donetsk Xalq Respublikası”nın lideri Denis Puşilin Ukraynanın separatçı bölgəyə su verilişini kəsdiyini və hücumların artırılmasının lazım olduğunu bəyan edib.
Digər tərəfdən, Donbasın Luqansk və Donetsk bölgələrində separatçıların nəzarətində olan 8 minə yaxın ukraynalı hərbi əsir olduğu açıqlanıb.
Qeyd edək ki, Rusiya ordusu və separatçı qüvvələr ötən ay Donbasa hücuma keçərək bir çox əraziləri, o cümlədən strateji liman şəhəri Mariupolu ələ keçirib.
Leyla, Medianews.az