Dünya Bankının prezidenti David Malpass xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ərzaq, enerji və gübrələrin qiymətlərini artırıb, ona görə də qlobal çöküş qaçılmaz ola bilər.
Çərşənbə günü ABŞ Ticarət Palatasının təşkil etdiyi tədbirə qatılan Malpass, Almaniya iqtisadiyyatının enerji qiymətlərindəki artım səbəbiylə nəzərəçarpacaq dərəcədə yavaşladığını söyləyib.
Medianews.az-ın xəbərinə görə, Malpass Almaniyanın dünyanın dördüncü ən böyük iqtisadiyyatı olduğuna diqqət çəkib.
Avropanın hələ də böyük ölçüdə Rusiya qazı və neftindən asılı olduğunu bildirən Malpass, inkişaf etməkdə olan iqtisadiyyatların ərzaq və enerji qiymətləri və gübrə qıtlığından təsirləndiyini vurğulayıb.
Qeyd edək ki, ötən ay Dünya Bankı bu il üçün qlobal iqtisadi artım proqnozunu demək olar ki, 1 faiz azaldaraq 3,2 faizə endirib.
Çindəki kilidləmə tədbirlərinin yavaşlama ilə bağlı narahatlıqları artırdığını ifadə edən Dünya Bankının prezidenti David Malpass, “Çinin daşınmaz əmlak sektoru artıq tənəzzül yaşayırdı, buna görə də Rusiyanın işğalından əvvəl Çinin onsuz da 2022-ci il üçün aqressiv bir böyümə proqnozu yox idi”.
Çinin Baş naziri Li Keqiang çərşənbə günü bildirib ki, son kilidləmələr dünyanın ikinci ən böyük iqtisadiyyatına pandemiyanın başlanğıcından daha çox zərər vurub.
“Bəzi şəhərlərdə müəssisələrin yalnız 30 faizi yenidən açılıb. Qısa müddətdə bu nisbət 80 faizə çatdırılmalıdır”,- deyə baş nazir bildirib.
Medianews.az