İstanbulda lüks cipin idarəetməsini itirən qadın sürücü 5 mərtəbəli binanın boşluğuna düşüb.
Medianews.az xəbər verir ki, qəza nəticəsində qadın sürücü xəsarət alıb.
Sözügedən qəza anı təhlükəsizlik kameralarına anbaan əks olunub. Adı hələlik məlum olmayan qadın sürücü hadisəni görən məhəllə sakinləri tərəfindən xilas edilib.
Polis və təcili yardım hadisə yerinə gəliblər. Yaralı qadın sürücü təcili yardım tərəfindən xəstəxanaya aparılıb. Hadisə yerinə gələn evakuator sayəsində düşdüyü boşluqdan çıxarılan lüks cipin xeyli zərər gördüyü müəyyən edilib.
Medianews.az