Gələcək Partiyasının sədri Əhməd Davudoğlu, prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğanın Yunanıstan baş nazirinə və hökumətin Yunanıstanla əlaqələrinə işarə edərək, “artıq mənim üçün Miçotakis yoxdur” sözlərini dəyərləndirib.
“Miçotakisin ABŞ -da səsləndirdiyi tezislər heç vaxt qəbul edilə bilməz. Həm adada sülhü pozacaq, həm də Egey və Aralıq dənizlərində sabitliyi pozacaq bir yanaşmadır. Təbii ki, lazımi cavablar verilməlidir”, – deyə Davudoğlu bildirib.
O bildirib ki, Türkiyə Cümhuriyyəti dövlətinin maraqları şəxsi eqo ilə deyil, soyuqqanlı addımlar və reaksiyalarla qorunur.
“Millətimizi soyqırımda ittiham edən Baydenlə görüşmək üçün bu qədər əzilməzdiniz! Onlarla əsgərimizi şəhid edən Putinin qapısında gözləməzdiniz!”,-deyə Davudoğlu Yunanıstana səslənib.
Leyla