Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə NATO və Polşanın Ukraynanın qərbini ələ keçirmək planlarından narahat olduğunu deyib.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı Belarus dövlət mediası yayıb.
Məlumata görə, Lukaşenko Putinlə görüşdə bildirib:
“Onlar (siyasətçilər) artıq Ukraynanı parçalamaq üçün addımlar atırlar. Biz narahatıq. Onlar polyaklardır və NATO üzvləri 1939-cu ildən əvvəl Qərbi Ukraynanı da aparmağa hazırdırlar.
Daha əvvəl dediyim kimi, ukraynalılar bizdən bu qərb hissəsinin və digər hissələrin Ukraynadan ayrılmasına imkan verməməyi xahiş etməli olacaqlar”,-deyə bildirib.
Leyla