Geriyə baxmağı sevən insan deyiləm. Adam yaşa dolduqca, təcrübəsi artıqca keçmişə qayıtmaq istəmir. Səhvlərimiz bugünkü həyat tərzimizlə uyuşmur.
Medianews.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.
Onun sözlərinə görə, geriyə heç vaxt qayıtmaq istəməyib: “Amma həmişə düşünmüşəm ki, keçmişə qayıtsam, indikindən daha bacarıqlı, daha dürüst ola bilərəm. Gəncliyimdə çox çılğın, aqressiv olmuşam. Hər zaman üzdə olmaq istəmişəm. Desinlər ki, bunu Qurban etdi. Amma indi o günlərə qayıtmağı arzulamıram. Lovğalıq çox insanın axırına çıxıb. Davakar olduğum, haqqına girdiklərim də olub. Bunları bir daha etmək istəmirəm”.
Qurban Qurbanov bildirib ki, populyarlıq şəxsi həyatına mane olmasa da, iş həyatına təsir edir: “Təriflər olduqca, özümüzü çəkməyə başlayırıq. Nə qədər sadə olmağa çalışsaq da, alınmır. Dostlarıma dəfələrlə bildirmişəm, əgər görsəniz ki, özümdən razılıq edib, özümü çəkməyə çalışıram, mütləq mənə bildirin.
Medianews.az