Antalyada iki uşağını bıçaqlayaraq öldürən keçmiş millət vəkili olduğu üzə çıxan ukraynalı ata Oleksiy Navrotskiy gətirildiyi məhkəmə tərəfindən həbs edilib.
Medianews.az xəbər verir ki, qatilin ölkəsindəki müharibənin onun psixologiyasına təsir etdiyini və buna görə də hadisəni anlaqsız vəziyyətdə törətdiyini bildirib.
İki uşağın həyatını itirdiyi hadisə səhər saat 08:30 radələrində Alanya rayonundakı Saray Məhəlləsində baş verib. Əldə edilən məlumata görə, müharibədən qaçaraq rayonda məskunlaşan ukraynalı Aleksey Navrotskinin həyat yoldaşı Yulla Navrotski həyat yoldaşının uşaqlarını bıçaqla öldürdüyünü bildirib və ətrafdakı vətəndaşlardan kömək istəyib.
Qadının fəryadına tələsik kömək istəyən vətəndaşlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər.
Xəbərdarlıqdan sonra hadisə yerinə çoxlu sayda polis və təcili yardım göndərilib. Təcili yardım tərəfindən edilən müdaxilədə evdə 4 yaşlı oğlan uşağı və onun 6 yaşlı bacısının öldüyü müəyyən edilib. Qətli törətməkdə şübhəli bilinən Aleksiy Navrotskiy polis tərəfindən hadisə yerində nəzarətə götürülüb. Qatilin arvadı Yulla Navrotskini də öldürməyə çalışdığı və qadının özünü otağa bağlayaraq qaçdığı öyrənilib.
4 və 6 yaşlı iki uşağını anlaqsız vəziyyətdə qətlə yetirən Aleksiy Navrotskiyin 2015-ci ilin noyabrında keçirilən 7-ci iclasında Xarkov Şəhər Şurasının deputatı seçildiyi öyrənilib. 2009-2014-cü illərdə Ukrayna Ali Radası Aparatında Ukrayna Xalq Deputatının müşaviri müavini vəzifəsində çalışmış Navrotskiy, eyni illərdə Ukraynada İqtisadi İslahatlar, Milli Layihələrin İnvestisiya və İdarə Edilməsi üzrə Beynəlxalq Xeyriyyə Fondunun tibbi islahatlar üzrə müşaviri də olub.
Turan Oruc
Medianews.az