Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York şəhərində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb . Nazirlər toplantıdan əvvəl jurnalistlərə açıqlama veriblər.
Medianews.az xəbər verir ki, Blinken verdiyi açıqlamada, “bugünkü iclas gündəliyimizdə Finlandiya və İsveçdən keçən müraciətlərimiz var. Həmçinin, təbii ki, bizim gündəliyimizdə bir çox məsələlər var, o cümlədən Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü.
ABŞ, Türkiyə və bütün müttəfiqlərimiz Ukraynanı dəstəkləməyə sadiqdirlər və biz bu səydə göstərilən bütün həmrəyliyə görə minnətdarıq”,-deyə bildirib.
Blinken Çavuşoğlu ilə ikitərəfli görüşündə iqtisadi əlaqələrin gündəmə gəlməsini istədiyini ifadə edərək, “iqtisadi əlaqələrimizi gücləndirməyə və inkişaf etdirməyə davam etmək barədə danışmaq istərdik. Əslində biz əməkdaşlıqda rekord ticarət səviyyəsinə nail olmuşuq. Bütün çətinliklərə baxmayaraq, biz onu qurmaq istəyirik”,-deyə vurğulayıb.
Leyla