ABŞ-ın “Kanzas Ceyxoks” klubunun keçmiş qapıçısı Reyqan Gibbs evində ölü tapılıb.
“Report” TMZ-ə istinadən xəbər verir ki, 25 yaşlı oyunçunun həyat yoldaşı şübhəli bilinərək saxlanılıb.
İlkin versiyaya görə, ABŞ-dan olan qolkiperin ölümünə məişət zorakılığı səbəb olub.
Qeyd edək ki, Reyqan Gibbs 2015 – 2018-ci illərdə “Kanzas Ceyxoks”un formasını geyinib.