“Səni axtarıram” verilişinə yardım istəmək üçün üz tutan Əməkdar artist Elza Seyidcahanı son günlər tənqid edənlər çoxdur.
Medianews.az xəbər verir ki, ötən gün efirdə ekspert qismində çıxış edən yazıçı Elnurə Abdullayevanın fikirləri Seyidcahanın həmkarlarını qəzəbləndirib.
“Mən Elzaya yox, Rəşid Behbudova, Şövkət Ələkbərovaya qulaq asıram”, – deyən yazıçıya əvvəlcə Nüşabə Ələsgərli, daha sonra Nadir Qafarzadə irads tutub:
“Vaxt var idi, Şövkət xanım, Rəşid Behbudov və digər böyük sənətkarlar oxuyanda bəziləri telekanalı ya çevirərdi, ya da televizoru söndürərdi. İndi həyatda yoxdurlar deyə yaman şirin olublar. Allah sizə rəhmət eləsin, sənətkarlar! Habil Əliyev demiş, adamın lap ölməyi gəlir.
Son vaxtlar bəziləri özlərini meloman, zövqlü göstərmək üçün keçmiş ifaçıları misal gətirirlər. Elza Seyidcahan, vaxt gələcək indi bəyənməyənlər sənə rəhmət oxuyacaqlar. Buna əmin ol! Nüşabə Ələsgərli, sizə halaldır. Ey insanlar, bəsdir yaradıcı insanları qırdınız, sındırdınız, əzdiniz! Onsuz da Azərbaycanda barmaq sayı qədər sənətkar qalıb. Onların qədrini bilək. Sağlığında qiymət verək insanlara. Harda qaldı qadın həmrəyliyi? Qadın qadını bu qədər alçaltmaz. Ələlxüsus da sənət adamını…”Həmin görüntüləri təqdim edirik:
Medianews.az