“Finlandiya parlamentindən boykot çağırışı: Türkiyəyə tətilə getməyin, türk kababını yeməyin, türk maşını sürməyin”
Medianew.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri NATO-ya üzv olmaq üçün rəsmi müraciət edən Finlandiyada Mərkəz Partiyasının üzvü Mikko Karna deyib. O, Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq edənə qədər Türkiyədə istehsal olunan türk kabab restoranlarını və avtomobillərini boykot etməyə çağırıb: “Hər kəs üzvlüyünü qəbul edənə qədər Türkiyəni boykot etməlidir. ” deyib.
Medianew.az