Bakıda qətl hadisəsi olub.
Medianews.az-ın Lent.az-a istinadla məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Şuşa şəhərciyində qeydə alınıb.
35 yaşlı Heydərov Taleh Qara oğlu şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qayınatası, 44 yaşlı Qənbərov Qabil Mirhüseyn oğluna çoxsaylı bıçaq zərbələri vurub.
Q.Qənbərov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Hadisəni törədən T.Heydərov oradan qaçıb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Polis T.Heydərovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.