Covid-19 pandemiyasının dünyaya yayılmasından iki il sonra Şimali Koreyada ilk yoluxmalar ortaya çıxdıb və ordu həyəcan vəziyyətinə gətirilib.
Medianews.az xəbər verir ki, ölkədə yoluxma sayının sürətlə artması narahatlıq yaratsa da, səhiyyə rəsmiləri dünənə olan məluma görə, 50 nəfərin öldüyünü, 1,2 milyondan çox insanın Covid-19 virusuna yoluxduğunu açıqlayıb.
Şimali Koreya lideri Kim Çen In yüksək rütbəli səhiyyə rəsmilərini “məsuliyyətsizlikdə” günahlandırıb və ordunun pandemiya ilə mübarizədə fəal rol oynayacağını açıqlayıb. Dünən keçirilən fövqəladə yığıncaqda danışan Kim, əsgərlərə Covid-19 müalicəsini tez bir zamanda ictimaiyyətə çatdırmağı tapşırıb.
Qeyd edək ki, Şimali Koreya epidemiya başlayanda sərhədlərini bağlayaraq virusun ölkəyə daxil olmasının qarşısını almağa çalışmışdı. Mütəxəssislər bu günə qədər heç bir peyvənd tətbiq etməyən ölkədə pandemiyanın sürətlə artmasından narahatdırlar.
Leyla