Almaniyanın paytaxtı Berlində keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısında İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyü müzakirə edildikdən sonra İsveçdə hakim Sosial Demokrat Partiyası NATO üzvlüyünü dəstəkləyəcəklərini açıqlayıb.
Medinews.az xəbər verir ki, Sosial Demokrat Partiyasından edilən yazılı açıqlamada bu ifadələr yer alıb: “Partiya komitəsi 15 may 2022-ci il tarixli iclasında partiyanın İsveçin NATO-ya üzvlük müraciəti üzərində işləməsi barədə qərar qəbul etdi”. Bəyanatda həmçinin qeyd olunub ki, İsveç nüvə silahı və ya NATO-nun daimi hərbi bazalarının yerləşdirilməsinə qarşıdır.
Xatırladaq ki, bir neçə ay əvvəl NATO-da iştirakı uzaq bir ehtimal olaraq görülən İsveç, Rusiyanın Ukraynaya hücumlarından sonra Finlandiya ilə birlikdə təhlükəsizlik ehtiyaclarını yenidən qiymətləndirməyə qərar verib.
Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etmək qərarına gəldiyini, İsveçin isə bir neçə gün ərzində NATO-ya üzvlük üçün rəsmi müraciətə başlayacağı gözlənilir.
Leyla