Türkiyədə 17 yaşlı orta məktəb şagirdləri Ezgi Yiğit və Şimal Toprak məktəbdən evə qayıdırkən faciə ilə üzləşiblər.
Medianews.az xəbər verir ki, sürücülük vəsiqəsi olmayan Osman Sarı adlı şəxs yolu keçmək istəyən iki qızı vurub.
Qəza zamanı qızlardan biri, Ezgi Yiğit dünyasını dəyişib. Nəzarətə alınan Osman Sarı ifadəsində “mən onları yox, inlar məni vurdular” deyib. Osman Sarının azadlığa çıxması ailənin kədərini daha da artırıb.
İstifadə etdiyi skuterlə yolu keçmək istəyərkən həyatını itirən Ezgi Yiğitin ailəsi Osman Sarı sərbəst buraxıldıqdan sonra üsyan edib.
Ölən qızın atası jurnalistlərə açıqlamasında bunları deyib: “Ekspertiza rəyində hadisə ilə bağlı heç bir görüntü yoxdur. Onlar ancaq şahidin ifadəsi ilə hazırlanıb. Onlar bu ikili standartlara son verməlidirlər. Biz səsimizi daha da yüksək yerlərə çatdıracağıq. Qızımı günahkar göstərdilər. Osman Sarının sürücülük vəsiqəsi yoxdur və maşını çox sürətlə sürüb. Qızımı vuraraq 14 metr qabağa atan adam necə günahkar olmaya bilər? Görüntülərə də baxmadılar”.
Daha sonra məlum olub ki, Ezgi Yiğiti və Şimal Toprakı vuran gənc qızlardan birini öldürən, digərini isə yaralayan Osman Sarının tik-tokda sürətli avtomobil idarə etəməsi ilə bağlı bir neçə videoları var. Bu görüntülər sosial mediada böyük əks-səda doğurub.
Turan Oruc
Medianews.az