ABŞ-da ilk dəfə afro-amerikalı qadın FED-də vəzifəyə təsdiqlənib.
Bu barədə “Report” “Abcnews”a istinadən xəbər verir.
Məlumata görə, ABŞ Senatı iqtisadçı Liza Kukun Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinə fəaliyyətini təsdiqləyib. O, FED-in 108 illik tarixində buna nail olan ilk afroamerikalı qadın olub.
Liza Kukun təsdiqi 51 nəfərin 50 səsə qarşı cüzi səs çoxluğu ilə reallaşıb, vitse-prezident Kamala Harris isə həlledici səs verib.
Hazırda FED-in rəhbəri vəzifəsini Cerom Pauell icra edir. Onun səlahiyyət müddəti fevralda başa çatıb və mart ayında Senatın Bank Komitəsi tərəfindən yekdilliklə səsvermə ilə təsdiqlənib.