Medianews.az xəbər verir ki, hadisə Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində debitor borcu olan abonentlərin qaz təchizatının dayandırılması zamanı baş verib.
30.06.2021-ci il tarixindən ödəniş etməyən abonent Usubov Kamil Feyruz oğlu 504.34 manat debitor borcu olduğu halda, qaz təchizatı dayandırılan zaman n
alayiq ifadələr işlədərək, yaba ilə işçiləri hədələyib və nəzarətçi Səfərov Rövşənin göz nayihəsindən yumruqla vuraraq xəsarət yetirib.
Baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına artıq müraciət olunub.