“İsrail muzdluları Ukraynada Azov batalyonunda Rusiyaya qarşı döyüşürlər”.
Medianews.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Sputnik radiosunda iştirak etdiyi proqramda çıxış edən Zaxarova son günlər İsraillə yaşanan gərginliklə bağlı açıqlamalar verib.
İsrailli siyasətçilərin informasiya kampaniyasını şişirtdiyini bildirən Zaxarova “Eşitmək istəmədikləri bir şey deyəcəm. Bəlkə də maraqlanarlar. İsrail muzdluları Ukraynada Azov silahlıları ilə çiyin-çiyinə vuruşur”,-deyə bildirib.
İsrailin bundan xəbərsiz qala bilməyəcəyini vurğulayan Zaxarova bu mövzuda video görüntülər və digər materialları şəxsən gördüyünü açıqlayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliya televiziyasına verdiyi müsahibədə, “Deyirlər Zelenski yəhudidir. Mənim üçün Hitlerin də yəhudi kökləri var idi. Ən böyük antisemitlər yəhudilərdir”, – sözlərini işlətmişdi.
İsrailin xarici işlər naziri Yair Lapid Lavrovun sözlərinə “bağışlanmayan, qalmaqallı bəyanat, dəhşətli tarixi səhv” kimi reaksiya verib və Rusiyadan üzrxahlıq gözlədiklərini bildirib. Daha sonra bildirilib ki, Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov “bəyanat vermək üçün” Xarici İşlər Nazirliyinə çağırılıb.
Turan Oruc
Medianes.az