Xalq artisti Faiq Ağayev nankorluq edən şəxsləri qınayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə müğənni “Facebook” hesabında paylaşım edib.
“Bəxtimiz belədir də – kimə kömək, yardım ediriksə, heç bir gün keçmir ki, qudurub, dişlərini qıcayır bizə. Odur ki, kimsəyə sizə nankorluq etməyə imkan verəcək qədər böyük yaxşılıqlar etməyin”, – deyə Faiq Ağayev qeyd edib.