ABŞ Ukrayna ordusuna Almaniyada təlim keçməyə başlayıb.
Bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
“Haubitsaların istifadəsi üzrə təlimlər gedir. Artıq iki mərhələli təlim keçirilib, yenisi Almaniyada başlayıb”, – Kirbi deyib.
Kirbi bildirib ki, təlimlərin çoxu Florida Milli Qvardiyası tərəfindən aparılır. O qeyd edib ki, təlimlər Ukraynadan kənarda üç yerdə keçirilir, lakin digər ikisi açıqlanmır.