Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Aqil ABBAS: ALLAH, QOYMA DÜNYANI DAĞIDIRLAR

XƏYALƏ
28/04/2022 14:57
2
BAXIŞ
FacebookTwitterTelegram

 

 

 

(Bu dünyanı sən yaratmısan, axı!)

Bütün dünyanın gözü qabağında dəhşətli bir müharibə gedir. Rusiya Ukraynada adını «Xüsusi əməliyyat» qoysa da, açıq-aydın müharibə gedir. Şəhər və kəndlər dağılır, daha dəqiq desək, Ağdamın, Füzulinin gününə salınıb. Təbii ki, Qarabağda olduğu kimi, atdıqları minalar, raketlər, top mərmiləri baxmır kim qocadı, kim uşaqdı, kim qadındı. Ermənilərin və 366-cı batalyonun 1990-94-cü illərdə bizə yaşatdıqları zülmü indi Rusiya Ukraynaya yaşadır. NATO və Avropa dövlətləri də dırnaqlarını bir-birinə sürtərək müharibənin qızışması üçün əllərindən gələni əsirgəmir. Rusiyaya sanksiyalar qoyub Putini hövsələdən çıxarır, Ukraynaya da silah-sursat yardımı edir ki, bərk durun, qorxmayın.

Hər iki ölkə məhvə məhkumdu. Rusiya qalib gəlsə də, hərçənd ki bu hələ görünmür, dalı üstə düşəcək. Ukrayna isə…

Artıq Ukrayna öz sərhədlərini aşır, Rusiyanın şəhərlərini raket atəşinə tutur.

Bu müharibədə Rusiyanın məğlubiyyəti onun imperiyasının sonu ola bilər. Yuxarıda qeyd etdiyim kimi, qələbəsi də məğlubiyyət deməkdi.

NATO hamını hədələyir ki, nəinki kim Rusiyaya meyl salsa, hətta bitərəf qalsa gözünü çıxardaram. Çin bir az atılıb düşdü, indi Şanxayı elə günə qoyublar ki, adamlar evdən çölə çörək almağa da çıxa bilmir, böyük bir limanı da bağlanıb, minlərlə yük gəmisi qalıb limanda. Artıq Çinin itirdiyi pulların miqdarı deyəsən, 1 trilyonu keçib. Yəni dünyanı böyrü üstə qoyub NATO.

Rusiya da hamını nüvə silahı ilə hədələyir. İndi yeni nüvə başlıqlı raket kəşf edib, deyəsən adı Sarmatdı, özü ilə 12 nüvə başlığı daşıyır, 12-15 dəqiqəyə də Britaniyaya çatır. Hər axşam da telekanallarda, xüsusilə Solovyovun verilişində reklam olunur ki, bunun biri ilə Böyük Britaniyanı məhv eləmək mümkündü. Cavabında da Britaniyanın baş naziri Conson deyir ki, sizdə olandan bizdə də var. Biz də Rusiyanı darmadağın edərik.

Bir sözlə, müharibəni durduran olmasa bütün dünyanı faciə gözləyir. Müharibənin durdurulmasına da nə NATO, nə də Rusiya maraqlı deyil. Hələ ki olan Rusiya və Ukrayna xalqlarına olur. Hadisələr göstərir ki, bu müharibənin durdurulmasında əsas Türkiyə maraqlıdır. NATO-nun üzvü ola-ola ABŞ-ın tripaç göstərişlərinə əməl etmir və özünün vasitəçilik missiyasından geri çəkilmir. Ən gülməlisi də odur ki, Rusiya nə yardan doyur, nə əldən qoyur. Yenə çömçə kimi Ermənistanı və Qarabağdakı separatçıları qarışdırır. Özünün şəxsiyyəti, söz sahibi olmadığı üçün Paşinyan da gündə bir söz danışır. Putin çağırıb yanına nətəhər danlayıbsa, başını itirib.

İndi də İrəvanda Təhlükəsizlik Şurasının iclasını çağırıb və iclasa Qarabağdakı separatçı qüvvələrin liderlərini də dəvət edib.

44 günlük müharibədən əvvəl belə bir iclası Xankəndində keçirtdi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu təpəsinə necə bir Dəmir yumruq saldısa, hələ də başını tapa bilmir. Düzdür, indi qorxusundan Xankəndinə gəlməyə ürək eləmir, Xankəndindəkiləri İrəvana dəvət edir.

Belə getsə, Dəmir yumruq İrəvanda da onun təpəsini əzəcək.

İrəvanda da ara qarışıb, hər gün mitinqlər, etiraz nümayişləri… Bir sözlə, Köçəryanla Sərkisyan cütlüyünün barmaqları şeytanın barmağı kimi eşşəyin quyruğunun altındadı.

Birləşmiş Millətlər Çayxanasında çıxarılan qərarları da, qətnamələri də ermənilər necə 30 il tualet kağızı kimi istifadə elədilər, ondakı Putin ola.

Belə getsə, deyəsən, işə Allah qarışacaq. Ya dünyanı nizama salacaq, ya da birdəfəlik dünyadan və bizlərdən əlini üzəcək. Və öküzə mələkləri vasitəsilə xəbər göndərəcək ki, buynuzunu Yer kürəsinin altından çək, hara cəhənnəm olurlar-olsunlar.

Tanrım, müqəddəs Ramazan ayı xatirinə dünyanı nizama sal.

P.S. Bugünki nömrəmizdə Məmməd Arazın «Ya rəbbim, bu dünya sən quran deyil» şeirini də oxuya bilərsiniz.

DAHA ÇOX OXU

Flash

Sərhəd üzərində uçan qırıcı… – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

13/03/2023 12:31
Flash

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

13/03/2023 12:30
Flash

Rəqqasədən öyrəndiklərim

13/03/2023 12:15
Flash

Casusluq ittihamı ilə tutulanların vinyetkası

13/03/2023 12:11
Flash

5-ci kolona xidmət edən zootexnik

05/03/2023 19:07
Köşə

Azərbaycanlı mollanın ölümü

04/03/2023 10:12
SON XƏBƏR

"Hüquqşünaslığı oxuyub müğənni oldum” - Nigar Camal

"The Guardian": "Ukraynada müharibənin dönüş nöqtəsi mayda olacaq"

Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edir”

Xəbər lenti

Prezident Qarabağla bağlı ilk dəfə bu faktı AÇIQLADI

22/03/2023 10:44

Paytaxtda NOVRUZ HƏYƏCANI – FOTOLAR

22/03/2023 10:39

Elektron siqaretlər haqqında VACİB XƏBƏRDARLIQ

22/03/2023 10:16

İnsan ölümdən sonra BUNU EDİR – ŞOKEDİCİ MƏQAM

22/03/2023 10:07

Xəstəxanalarda QORXUNC TENDENSİYA BAŞLADI

22/03/2023 09:42

Dəhşətli HADİSƏ – ÇOX SAYDA İNSAN HƏLAK OLDU

22/03/2023 09:22

İyrənc hadisə: İş qadınını huşunu itirənə kimi döydü, daha sonra zorladı – FOTO

22/03/2023 08:24

İlin ən kədərli günü AÇIQLANDI

22/03/2023 07:59

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

22/03/2023 07:49

Təzə isti çörək yemək zərərlidir

22/03/2023 07:38

Səhər yeməyinə bunları yemək faydalıdır

22/03/2023 07:27

Rusiyada da zəlzələ oldu

22/03/2023 07:21

Həkimi Kirkorovun əməliyyatdan sonrakı görüntüsünü paylaşdı

22/03/2023 07:00

“Çox ağır günlər keçirirəm”

22/03/2023 06:40

FILE PHOTO: 3D printed natural gas pipes are placed on displayed EU and Russian flags in this illustration taken, January 31, 2022. REUTERS/Dado Ruvic/Illustration/File Photo

Avropa Rusiya qazı olmadan qışdan necə çıxdı?

22/03/2023 06:23

“Fənərbağça” prezidenti “Qalatasaray”dakı həmkarını debata çağırdı

22/03/2023 06:06

Zelenski G7 sammitində iştirak edəcək

22/03/2023 05:50

Özbəkistanda güclü zəlzələ baş verdi

21/03/2023 22:45

“Qızımı tapmaq üçün Xoşqədəmə müraciət etsəm kömək edər?” – Xalq artistinin oğlu – FOTO

21/03/2023 22:35

İldə iki dəfə yemək bişirir — Doğuşdan Xoşqədəmə

21/03/2023 22:20

Daha bir ölkədə 6,8 bal gücündə zəlzələ OLUB

21/03/2023 22:09

Toy mərasimindəki şouda gəlin həyatının ŞOKUNU YAŞADI – VİDEO

21/03/2023 22:03

Şizofreniya xəstəliyinin ƏLAMƏTLƏRİ

21/03/2023 21:44

Küçədə yaşlı kişinin sinəsindən bıçaqlayıb QAÇDI

21/03/2023 21:21

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.