Almaniyada işlədiyi pul daşıma şirkətindən 8,2 milyon avro oğurlayaraq yoxa çıxan türkiyli qadından hələ də xəbər yoxdur.
Medianews.az xəbər verir ki, qadının pulu götürərək Türkiyəyə qaçdığı, Ege dənizində hovuzlu villada istirahət etdiyi deyilir.
Yasemin Gündoğan adlı qadının soyğundan sonra pulu çıxara bilməsi üçün alman işçi ilə öncədən sevgili olduğu və pulları zibil maşını ilə daşıdığı da öyrənilib. Ötən il Almaniyanın Bremen şəhərində fəaliyyət göstərən “Loomis” pul köçürmə şirkətini soyan 28 yaşlı Yasemin Gündoğan hazırda heç bir xəbər yoxdur. 8,2 milyon avro ilə qaçan Y.Gündoğan hələ tapılmasa da, proseslə bağlı diqqətçəkən detallar ortaya çıxıb.
Prokurorluğun hazırladığı iddianaməyə görə, Yasemin Gündoğan 41 yaşlı Henning B adlı alman sayəsində soyğunçuluqdan sonra pulu zibil maşını ilə şirkətdən çıxarıb. Soyğunçuluqdan əvvəl Henning B.-yə yemək təklif edən, hətta mobil telefonunu da verən Yasemin beləliklə zibil maşınına qoyulan pulun çıxarılmasına köməklik etdiyi, daha sonra Berlindən icarəyə götürdüyü və oğurladığı mikroavtobusa yüklədiyi müəyyən edilib.
Digər tərəfdən, soyğundan sonra Ysemin Gündoğanın rəfiqəsinin şübhəli telefon danışıqları ortaya çıxıb. Şifrəli danışıqlar həyata keçirdiyi iddia edilən Büşra S-nin cinayət ortaq olduğu təsdiq olunarsa 6 il müddətinə həbs edilə bilər.
Turan Oruc
Medianews.az