Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatı zamanı lentə alınan video gündəm yaradıb.
Medianews.az xəbər verir ki, Zap vadisində qapalı qalan terrorçuların mağaranın qarşısında saxlanıldığı anların görüntüləri böyük maraq yaradıb.
Metina, Avaşin və Zap bölgələrində həyata keçirilən əməliyyatda indiyədək 39 mağara və sığınacaq məhv edilib. Quruda “bordo bereliler”in və havadan Türk qırıcılarının dəstəklədiyi əməliyyatda indiyədək 56 terror təşkilatı üzvü zərərsizləşdirilib, Mehmetçik isə bölgəyə addım-addım nəzarəti davam etdirir.
“Pəncə-Kilid” əməliyyatı zamanı lentə alınan video ilə terror təşkilatına vurulan ağır zərbə bir daha üzə çıxıb. Türkiyə Silahlı Qüvvələri tərəfindən Zap vadisində sıxışdırılan terrorçuların mağara qarşısında saxlanıldığı anların görüntüləri gündəmdə iz buraxıb.
Sözügedən görüntüləri təqdim edir:
Turan Oruc
Medianews.az