Narkotik alveri və çirkli pulların yuyulmasında ittiham edilərək saxlanılan Honduranın keçmiş prezidenti Xuan Orlando Hernandes mühakimə olunmaq üçün ABŞ-a göndərilib.
Hondurasın keçmiş lideri Hernandes dünən ABŞ-a ekstradisiya edilib
2014-cü ildən 2022-ci il yanvarın 27-dək prezident olan Hernandez səlahiyyət müddəti bitdikdən sonra ABŞ-ın tələbi ilə fevralın 15-də saxlanılıb.
Hernandez ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə (DEA) məxsus təyyarə ilə sıx təhlükəsizlik tədbirləri ilə Nyu Yorka aparılıb.
Xuan Orlando Hernandez ittihamları rədd edir və narkotik tacirlərinin ondan qisas almağa çalışdığını iddia edir.
ABŞ Hernandezi ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik maddələrin gətirilməsi,silahların, o cümlədən pulemyotların daşınması və istifadəsində ittiham edir.
Hernandez həyat yoldaşının Tvitter hesabında yayımlanan videoda bəyan edib ki, günahsızdır və onuədalətsiz məhkəmə gözləyir.
Qeyd edək ki, Hernandez bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq.