Çərşənbə, 29 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycanın paralimpiya çempionu: “Yarışa buraxılmadığıma görə narazı deyiləm”

XƏYALƏ
23/04/2022 12:53
0
BAXIŞ
FacebookTwitterTelegram

 

“Heç bir narazılığım yoxdur, çünki yarışa buraxılmayan tək mən deyiləm”.

Bunu “Report”a açıqlamasında Türkiyənin Antalya şəhərində keçirilən gözdən əlillərin Qran-prisinə (“2022 IBSA Judo Grand Prix”) buraxılmayan Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova deyib.

70 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı gözündə makro distrofiya olduğunu bildirib: “Bu paralimpiya yarışlarında birbaşa iştirak hüququ verən və çox ciddi xəstəlikdir. Bütün sənədlərim qaydasında idi, sadəcə, məndən fizioloji test istədilər. Bu isə sənədlərimin içərisində yox idi. Hər şeyin qaydasında olduğunu, yalnız testin mütləq gərəkliyini bildirdilər. Bu səbəbdən məni növbəti tibbi təsnifata göndərdilər”.

Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi finalda məğlub etdiyi qazaxıstanlı Zarina Baybatinanın da Antalyadakı turnirdən əvvəl yoxlanışdan keçə bilmədiyini söyləyib: “Xəstəliyim iştiraka imkan verir, sadəcə sənədlərdən biri çatmır. Yeni qaydalar belədir. Fizioloji testdən keçəndən sonra onu da sənədlərin içinə əlavə edəcəyəm və növbəti yarışlara qatılacağam. İdmanda belə hallar olur”.

Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov göz təsnifatında idmançıların yanında olduğunu bildirib: “Digər paracüdoçulardan fərqli olaraq təmsilçimiz Zakir Mislimov heç görmür. Yarışda 170 idmançı iştirak etməli idi. Amma onlardan 85-i tamamilə çıxacaq. Digərləri bizim idmançılar kimi yeni təsnifata göndərilib. Tokio paralimpiadasından sonra yeni qaydalar tətbiq edilib. Yeni qaydalara görə əlavə sənədlər lazımdır. Paracüdoçular növbəti yarışlarda tələb olunan testləri təqdim etdikdən sonra mübarizə apara biləcək. Biz sadəcə, Zakir Mislimova qarşı olanları böyük haqsızlıq hesab edirik. Çünki o, işıq belə görmür”.

Qeyd edək ki, Azərbaycanın 9 təmsilçisi tibbi təsnifatların nəticəsinə əsasən yarışa buraxılmayıb.

DAHA ÇOX OXU

export

Bahar Lətifqızı da bədən şəkilləndirmə etdirdi

29/03/2023 13:47
Dünya

Məşhur rəssamlar tablolarında görün hansı qidadan istifadə ediblər

29/03/2023 13:32
1-MANŞET

“Hansı deputat silahla təmin olunmaq istəyirsə …” – Millət vəkillərinin mühafizəsi ilə bağlı AÇIQLAMA

29/03/2023 13:14
export

Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

29/03/2023 12:45
1-MANŞET

Bürclər üçün bu həftənin ÖZƏLLİKLƏRİ – İkitərəfli münasibətlərdə…

29/03/2023 12:30
1-MANŞET

İsrailli nazir Ceyhun Bayramovla görüşdə: “İrana qarşı birgə hərəkət etməliyik”

29/03/2023 12:20
SON XƏBƏR

"Azovstal"a sığınan uşaqların görüntüsü - VİDEO

Ukraynanın birinci xanımı: “Gizlənmək utandırıcıdır”

Hulusi Akar: "Son yeddi ildə 34 175 terrorçu zərərsizləşdirilib"

Xəbər lenti

Bahar Lətifqızı da bədən şəkilləndirmə etdirdi

29/03/2023 13:47

Məşhur rəssamlar tablolarında görün hansı qidadan istifadə ediblər

29/03/2023 13:32

“Hansı deputat silahla təmin olunmaq istəyirsə …” – Millət vəkillərinin mühafizəsi ilə bağlı AÇIQLAMA

29/03/2023 13:14

Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

29/03/2023 12:45

Bürclər üçün bu həftənin ÖZƏLLİKLƏRİ – İkitərəfli münasibətlərdə…

29/03/2023 12:30

İsrailli nazir Ceyhun Bayramovla görüşdə: “İrana qarşı birgə hərəkət etməliyik”

29/03/2023 12:20

Qardaşı Fazil Mustafaya edilən silahlı hücum barədə: “Bu, sifarişli hadisədir”

29/03/2023 12:17

Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR

29/03/2023 11:43

“Ətin sümüyünü bişirirlər, özünü aparırlar” – Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO

29/03/2023 11:41

Qardaş qardaşa GÖRÜN NƏ ETDİ – FACİƏVİ SONLUQ

29/03/2023 11:28

Fazil Mustafa ilk ona zəng edib: “Evə daxil ola bilərlər, tez gəl…”

29/03/2023 10:50

Terrorçunun ilk ifadəsi ortaya çıxdı: “Türkiyəyə gəldim, məni burada qarşıladılar”

29/03/2023 10:49

Arzu Nağıyev: “Silah gəzdirmək deputatın özündən asılıdır”

29/03/2023 10:19

“Deputatı vurmaqla ölkədə sabitliyi pozmaq istəyirlər” – Aqil Abbas

29/03/2023 10:02

Dəhşətli proqnoz:”Fövqəl güc yıxılacaq”

29/03/2023 10:01

Ukraynalı müğənnidən ŞOK AÇIQLAMA:”Cəsədləri donuzlar yeyir”

29/03/2023 09:27

DƏHŞƏT! Epidemiya onlarla insanın ölümünə səbəb oldu

29/03/2023 09:08

Dünya şöhrətli şəxsin sevgilisi Azərbaycan xəritəsini qoluna döydürdü – FOTOFAKT

29/03/2023 08:49

Tanınmış müğənninin son halı heyranlarını ŞOKA SALDI

29/03/2023 08:45

Fazil Mustafadan ilk açıqlama – “Maşından tullandım …”

29/03/2023 08:41

Fazil Mustafanın maşını bu hala düşüb – FOTO

29/03/2023 08:31

Fazil Mustafa belə vurulub – Xalası oğlu açıqladı – VİDEO

29/03/2023 08:17

Azərbaycanda 24 yaşlı gənc dayısı oğlunu bıçaqlayıb

29/03/2023 08:08

Atalığının Nəsibə Zeynalovaya yaşatdığı travma – VİDEO

29/03/2023 06:38

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.