Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Kartof-soğan nə vaxt ucuzlaşacaq?

XƏYALƏ
17/04/2022 12:38
1
BAXIŞ
FacebookTwitterTelegram

 

 

 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Son bir ay ərzində bazarlarda kartof və soğanın qiymətində bahalaşma müşahidə edilir. Maraqlı məqam ondan ibarətdir ki, bu məhsulların qiyməti günbəgün artır. Məsələ ilə bağlı müxtəlif səbəblər göstərilir. Bunlardan biri Rusiya ilə Ukrayna arasındakı münaqişədir ki, Azərbaycana idxal edilən kartofun böyük əksəriyyətinin bu ölkələrdən gəldiyi heç kimə sirr deyil. Mövcud durumla bağlı Azərbaycan üçün bazar dəyişib və hazırda İran və Pakistandan gətirilən məhsullar müştərilərə təqdim olunur. Əlbəttə ki, bazarın dəyişməsi məhsulun qiymətinə təsirsiz ötüşməyə bilməz. Qiymət artımında digər bir səbəb kimi payızlıq əkinə qonşu ölkələrin bazarlarında tələbatın çox olması göstərilir. Amma təbii ki, əsas məqam mövsümlə bağlıdır. Uzun illərdir Azərbaycanda kartof və soğanın qiyməti yaz aylarında bahalaşır. Lakin payızlıq əkin bazara çıxdıqdan sonra qiymətin aşağı düşməsi müşahidə edilir. Bəs indiki durumda ekspertlər hansı proqnozu verirlər?

Payızda çıxan məhsul bitmək üzrədir

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, Azərbaycanda hər il mövsümi olaraq kartof və soğanın qiymətlərinin dəyişməsi hiss olunur: “Bu, bəlli bir vaxta qədər davam edir. Son bahalaşmanı Rusiya-Ukrayna münaqişəsinə bağlayırlar. Düzdür, bu ölkələrdən idxalımız var və zaman-zaman mövsümdən asılı olaraq ixracımız da olur. Amma bütün hallarda hesab edirəm ki, kartof və soğanın qiymətindəki artım mövsümə bağlıdır. Belə deyək, payızda çıxan məhsul bitmək üzrədir, anbarlarda qalıq azalır”.

“Ajiotajın olacağını gözləmirəm”

C.İbrahimli vurğuladı ki, Bərdə, Ağdam və Tərtər rayonlarında payızda əkilən soğanın yığımına yaxın günlərdə başlanacaq: “Yəqin ki, ayın sonuna qədər məhsul yığımı başlayacaq. Eyni zamanda da Cəlilabad rayonunda payız əkini olan kartofun yığımına başlanacaq. Hesab edirəm ki, yeni məhsul bazara çıxdığı vaxta qədər qiymətlərin yüksəlməsi və ya yüksək qalması davam edəcək. Lakin sonrakı dövrdə, yəni bazara yeni məhsulların gələcəyi andan qiymətlərin düşəcəyi gözlənilir. Digər, bölgə ilə bağlı prosesləri isə hələ ki istisna edirəm. Çünki Azərbaycanın bəlli dönəm üçün yetərli qədər istehsalı olacaq. Eləcə də payızda yazlıq əkinin məhsulları bazara çıxacaq. Ona görə də kartof və soğanla bağlı yaxın müddət üçün Azərbaycanda ciddi problemin və ya ajiotajın olacağını gözləmirəm”.

Soyuducu anbarlar çox olmalıdır ki…

İqtisadçı-ekspert Rauf Qarayev bildirdi ki, dünyada bahalaşma prosesi sürətlə gedir: “Bu da kənd təsərrüfatı məhsullarının qiymətində ciddi problemlər yaradır. Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşmasına gəlincə, bu məsələdə bir neçə səbəb var. Bunlardan biri odur ki, ölkəmizdə əkilən məhsullar, əsasən, Rusiya bazarlarına gedir və daxili tələbatı ödəmək üçün İrandan, Pakistandan kartof almalı oluruq. Yəni görünən odur ki, əkilən məhsul daxili tələbatı tam ödəmir və məhsulun qiyməti artmağa başlayır. Dəfələrlə qeyd etmişik ki, məhsulun qıt olmamağı üçün soyuducu anbarların sayını artırmaq lazımdır. Amma ölkəmizdə anbarlar az olduğundan ora qoyulan məhsullar da bazara çıxarıldıqda qiymətə təsir etmir. Yəni anbarların az olması qiymətin yüksək olmasına gətirib çıxarır. Digər amil isə anbarlarda texniki dəstək qiymətinin də yüksək olmasıdır. Azərbaycan kənd təsərrüfatı dərmanlarını da xaricdən alır və bu da qiymət artımına təsir edən amillərdəndir”.

Satış və alış necə tənzimlənməlidir?

Ekspertin sözlərinə görə, əvvəllər Azərbaycana kartof, əsasən, Belarusdan, Rusiyadan, Ukraynadan gəlirdi, amma indi Pakistandan, İrandan gəlir: “Yəni hazırda Ukrayna kartofunu Pakistan əvəz edir. Düzdür, məsafə baxımdan ora uzaqdır, amma itirilmiş bir bazarı digəri ilə əvəz etməyə məcburuq. Bu da qiymət artımına təsir edir. Ümumiyyətlə, Rusiya ilə Ukrayna arasındakı savaş onu göstərir ki, kiçik ölkələr belə mövcud vəziyyətə hazır olmalıdır və bir mərkəzdən alğı-satqı etməməlidir. Misal üçün, biz taxılın və unun 40 faizini Rusiyadan alırıq. Sabah Rusiya desə ki, taxıl və un satmıram, o zaman avtomatik olaraq taxıl məhsulları bahalaşacaq. Bunu nəzərə alaraq idxal və ixrac dünya bazarındakı ölkələr üzrə tənzimlənməlidir”.

R.Qarayev soğanın bahalaşmasına da aydınlıq gətirərək deyib ki, bu, kənd təsərrüfatında düzgün proqnozlaşmanın olmamasından irəli gəlir: “Sahibkarın xarici bazara çıxışının məhdudlaşması, soğan saxlamaq şəraitinin məhdud olması səbəblərindən kəndli soğanı az əkir. Hesab edirəm ki, buna baxmayaraq, may ayında soğanın qiyməti aşağı düşəcək. Yəni bu sahədə qiymətlərin qalxması müvəqqəti xarakter daşıyır”.

DAHA ÇOX OXU

export

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30/03/2023 20:52
1-MANŞET

Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi

30/03/2023 20:29
1-MANŞET

Müdafiə Nazirliyindən İrana sərt CAVAB

30/03/2023 19:48
Cəmiyyət

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

30/03/2023 19:33
export

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

30/03/2023 19:16
1-MANŞET

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

30/03/2023 19:00
SON XƏBƏR

Azərbaycanlı MMA idmançısı yaponiyalı idmançını boğma fəndi ilə məğlub etdi - VİDEO

“Ter-Petrosyan qapalı iclasda dedi ki, biz kimik Qarabağı…” – ŞOK AÇIQLAMA

Pensiya ilə bağlı VACİB QƏRAR: Bu uşaqlara müavinət...

Xəbər lenti

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30/03/2023 20:52

Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi

30/03/2023 20:29

Müdafiə Nazirliyindən İrana sərt CAVAB

30/03/2023 19:48

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

30/03/2023 19:33

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

30/03/2023 19:16

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

30/03/2023 19:00

“Uşaq evində bizə ətin sümüyünü verirlər” deyən yeniyetmə Psixiatriya Xəstəxanasına salınıb

30/03/2023 18:46

“Nəfəsliyi” kəsilən ermənilər Bakıya gələcək: Əks halda, Azərbaycan ordusu Xankəndiyə gedəcək

30/03/2023 18:28

Tanınmış aktrisadan ETİRAF: “İstədiyim rolları vermədilər, sektordan da qovdular” – FOTO

30/03/2023 18:07

İki milyonluq dələduzluq edən “falçı” və sevgilisi ilə bağlı qərar verildi

30/03/2023 17:55

Günay Pirizadədən xəbər var – VİDEO

30/03/2023 17:43

Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi

30/03/2023 17:40

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

30/03/2023 17:24

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08

Tanınmış müğənniyə qarşı saxtakarlıq – Sonu “31” olan nömrədən zəng edərək … – FOTO

30/03/2023 16:51

Məşhur aktyor:”Uşaq evində yaşadıqlarımı unuda bilmirəm”- FOTO

30/03/2023 16:46

DƏHŞƏT: Avtobus 8 yaşlı uşağı belə vurdu – ANBAAN VİDEO

30/03/2023 16:37

Kiçik qızın bu görüntüləri izləyənləri duyğulandırdı – VİDEO

30/03/2023 16:29

İranda molla rejimi qadınların isti mövsümdə geyimindən qorxuya düşdü – VİDEO

30/03/2023 16:15

Məktəbdən qovulan şagird cinayət törətdi

30/03/2023 16:04

Azərbaycan DTX Ermənistan məxfi xidmət əməkdaşlarına italyan təamını necə “həzm etdirib”? – VİDEO

30/03/2023 15:47

Azərbaycanda yeni agentlik yaradıldı – FƏRMAN

30/03/2023 15:39

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir?- DOSYE

30/03/2023 15:38

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.