Aprelin 15-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinin müxtəlif yerlərində güclü partlayışlar olub.
Bu barədə “Strana.ua” məlumat yayıb.
Məlumata görə, Ukrayna paytaxtının böyük hissəsində elektrik enerjisi kəsilib.
Baş verənlərlə bağlı hələlik rəsmi məlumat yoxdur.