Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Əmircan qəsəbəsində hərəkətdə olan taksi avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı avtomobildə olan sərnişinlər – 25 yaşlı Cavid Qəhrəmanov və 28 yaşlı Əsgərzadə Fərrux Nizami oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.