Astarada Burzubənd kənd tam orta məktəbində Astara şəhidi Rövşən Ramazanov anılıb. Məktəbdə onun adına keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Məktəbin direktoru Turan Rəfiyev Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan, yetişən gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb:
“44 günlük Vətən müharibəsinə öz töhfəsini verən qəhrəman şəhidimiz Rövşən Ramazanov 14 aprel 1995-ci ildə Astara rayonunun Burzubənd kəndində anadan olub. 2001-ci ildə Astara rayonunun Burzubənd kənd tam orta məktəbinə daxil olub. 2012-ci ildə məktəbi bitirib. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Rövşən Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinə oktyabrın 9-da könüllü olaraq qatılıb. Cəbrayıl uğrunda döyüşlərdə, Qubadlı uğrunda döyüşlərdə və Xocavənd uğrunda döyüşlərdə savaşıb. Rövşən Ramazanov oktyabrın 27-də Xocavənd rayonunun Cütcü kənd ətrafında qəhrəmancasına vuruşaraq şəhid olub. Xalq, ələxsus da yetişən gənclik öz qəhrəmanlarını tanımalıdır. Biz də bunn üçün əlimizdən gələni etməyə çalışırıq”.
Daha sonra şəhidin məzarı ziyarət olunub.
Medianews.az